1. “Quran” (oxunan, toplanmış və…)
“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir,
yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir! “
2. “Furqan” (haqq ilə batili bir-birindən ayıran).
“Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı
batildən ayıran) Quranı Öz bəndəsinə (Mühəmmədə) nazil edən Allah nə qədər
(uca, nə qədər) uludur!”39
3. “Kitab” (yazılmış).
“Biz kitabı (Quranı) sənə hər şeyi (dini hökmləri, halal-haramı) izah etmək
üçün, müsəlmanlara da bir hidayət, rəhmət və müjdə olaraq nazil etdik!”40
4. “Zikr” (haqq-həqiqəti yada salan və xatırladan)
َ“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər növ təhrif və
artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”41
Əlbəttə, “Zikr”, “Furqan” və “Kitab” adları digər səmavi kitablar üçün də
istifadə olunmuşdur. Lakin “Quran” adı yalnız həzrət Mühəmmədə (s) nazil olan
səmavi kitabın adıdır.
Bu böyük şəxsiyyətlərin qeyd etdikləri adların çoxu Qurani-kərimdə ad deyil,
Quranın sifət və xüsusiyyəti kimi işlədilmişdir. Deməli, Quranın adları və sifətləri
arasında fərqin qoyulmaması, digər bir tərəfdən adları seçməkdə metodların fərqli
olması nəzərlərin müxtəlifliyi ilə nəticələnmişdir. Hətta bir qrup alim, Quran üçün
“Quran” adından başqa, bir adın olmamasını düşünür.