Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Aprel 09:25
Şərh Yoxdur
27098

Qurani-Kərimdə İmam Mehdi (ə.f) haqqında 3 ayə

Həzrət Peğəmbər (s) buyurur: “Quranın zahiri və batini vardır”. Quranda elə ayələr vardır ki, İmam Zaman ağaya (ə.f) işarə edir, baxmayaraq ki, İmamın (ə.f) adını birbaşa çəkməsə belə. Bu ayələr ilə tanış olaq:

1. “Biz (isə) istədik ki, o yerdə (məmləkətdə)zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək”. (“Qəsəs” 5).

Bu ayədə buyurulur ki, Allahın əzəli iradəsi belədir ki, insanlara hegemonluq edənlərin kökü kəsilməlidir və zəif salınmışlar, saleh bəndələr gərək Yer üzündə imam və varis olsunlar. Baxmayaraq ki, bu ayə Həzrət Musa (ə) və Bəni-İsrayil üçün nazil olmuşdur, ancaq bütün zamanlara aid edilir. Çünki hər bir əsrdə Allahın əzəli iradəsi zalımları məhv edib, zəifləri müdafiə etmək olmuşdur. Bu İlahi iradə istər Həzrət Musanın (ə) zamanında olsun, istərsə də Peyğəmbərin (s) – hər bir zamanda həyata keçmişdir və hər bir dövrə aid edilir.

İndiki zamanda isə bu iradə ancaq İmam Zaman ağanın (ə.f) mübarək varlığı ilə həyata keçə bilər. İmam Əli (ə) buyurur: “Bu dünya ki, indi bizdən üz döndərmişdir, bir gün bizə üz çevirəcəkdir, necə ki, ana dəvə əlaqəsinə görə övladına tərəf üz çevirər”. Sonra Həzrət (ə) bu ayəni tilavət edir (“Qəsəs” 5).

İbni Əbi Hədid bu xütbənin şərhində yazır: “Bu ayə mütləq Həzrət Zəhranın (s.ə) övladlarının biri tərəfindən həyata keçəcəkdir. Bütün Yer üzünə şamil olacaqdır. Bütün zalımları məhv edəcəkdir və salehlər yerin varisləri olacaqlar”.

2. “Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər). (“Ənibya” 105).

Bu ayə buyurur ki, Zəburda Davud (ə) bu mövzunu yazmışdır, yenə də əvvəlki ayəyə işarə edir və Allahın əzəli iradəsinin həyata keçəcəyini bəyan edir. Buyurur ki, hər bir halda yerin varisləri Allahın saleh bəndələri olacaqlar. Bəs bu zaman nə vaxt olacaqdır? Davudun (ə) bəyan etdiyi ayə belədir: “Allahın yanında sakit ol və Onu gözlə. Ancaq müti insanlar yer üzündə varis olacaqlar”.

3. “Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz)canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər”. (“Nur” 55). İbni Həcər Hisəmi bu ayənin təfsirində yazır ki, İmam Zaman ağanın (ə.f) haqqında nazil olmuşdur.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..