Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 İyul 16:08
Şərh Yoxdur
2949

Qurani-Kərimdə onlar barədə 6 dəfə danışılıb

Quranda əbrardan 6 dəfə söz açılmışdır. Aqil insanlar həmişə Allaha dua edən zaman dünyanı mömin olaraq tərk etməyi istəmişlər və istəyirlər də. Bu dualardan bəzisi Quran ayələrində öz təcəllisini tapmışdır və əbrar sözü ilə əlaqələndirilmişdir.

 

“Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!”. (“Ali-İmran” 193).

 

Bu ayə o zaman nazil olmuşdu ki, Allah əbrarı Məkkə müşriklərinin dünyapərəstliyi qarşısında qərar verərək, möminlərə behişti müjdələmişdi. O, bu behişt haqqında buyurur: “Lakin öz Rəbbindən qorxan kəslər üçün (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır. Allah tərəfindən ilk ziyafət olaraq, onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır”. (“Ali-İmran” 198).

 

Həm Əhli-Beyt (ə) alimləri və həm də əhli-təsənnün alimləri Peyğəmbəri (s) əbrar adlandırırlar. Çünki o, həmişə yoxsulların, miskin və yetimlərin dəstəyi olmuş və onlara yardım etmişdir. (Həvzəh/Deyerler)

 

Bu sözün mənalarından biri də xeyirxah olmaqdır. Yəqin ki, əbrar sözü məhz bu mənasına görə Peyğəmbərə (s) nisbət verilmişdir.“Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər”. (“İnsan” 5).

 

Quranın başqa ayələrində əbrar sözü Allahın sonsuz nemətləri mənasını vermişdir. Belə ki, buyurur: “Şübhəsiz, yaxşı əməl sahibləri (axirətdə)bolluca nemət içində olarlar”. (“İnfitar” 13).

 

“Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər”. (“Mutəffifin” 22).

 

Quranın başqa bir ayəsində isə əbrar sözü xüsusi insanların əməl dəftərinə işarə edir ki, xüsusi məkanda sakin olacaqlar. Elə bir məkan ki, İlahi qürbə çox yaxındır və behiştin ən yüksək məkanıdır. “Belə deyildir (hesab-kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir”. (“Mutəffifin” 18).

 

Allah bizləri də illiyinlərdən və əbrarlardan (yaxşı və müqərrəb insanlardan) qərar versin! Amin!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..