Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Mart 09:00
Şərh Yoxdur
3418

Qurani-Kərimdə İmam Zaman ağaya (ə.f) axar su işarəsi

Qurani-Kərim buyurur: “De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!»”. (“Mulk” 30).

 

İmam Baqir (ə) bu ayə haqqında buyurur: “Bu ayə Həzrət Qaim (ə.f) haqqında nazil olmuşdur”.

Buyurur: “Əgər İmamınız qaib olsa və bilməsəniz ki, o, haradadır, kim sizin üçün zahiri imam gətirəcəkdir ki, yerin, göyün, Allahın halal və haramının xəbərlərini sizə versin?”.

Sonra buyurur: “Allaha and olsun ki, bu ayənin təfsiri hələ gəlməmişdir, çarəsiz gələcəkdir”. (Həvzəh/Deyerler)

 

Bəli, bu ayədə suyun təfsiri Həzrət Qaimin (ə.f) müqəddəs varlığına işarə edir. İmamın (ə.f) cəmiyyətdəki rolu – suyun bəşər üçün rolu kimidir.

 

Necə ki, su – bəşərin həyat mənbəyidir, İmam Zaman ağa (ə.f) da bəşərin mənəvi həyat mənbəyidir.

 

Su adətən göydən yağar, İmam Zaman ağanın (ə) xəbərləri də göydən gələr.

 

Su pakizəliyə və çirkin aradan getməsinə səbəb olar. Həzrət Məhdinin (ə.f) qurduğu cəmiyyət də pakizəlik mənbəyi və qəlbləri saf edəndir.

 

Beləliklə deyə bilərik ki, həqiqətən də İmam Zaman ağa (ə.f) bəşər üçün saf su kimidir. Əgər bu su olmasa, bəşər məhvə doğru gedər və həlak olar.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..