Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Dekabr 09:37
Şərh Yoxdur
6449

Qurani-Kərimdə İmam Məhdinin (ə.f) mövcudluğu və zühuru haqqında hansı faktlar var?

Əlbəttə, hər bir doğru məsələnin bütün detalları və xüsusiyyətləri ilə Qurani-Kərimdə yer almasına ehtiyac yoxdur, çünki bir çox hallar reallığa söykəndiyindən ilahi vəhy detallarına qədər açıqlanmır. Lakin sözügedən sualın cavabı müsbətdir. İmam Zamanın (ə.f) ümumdünya höku­məti haqqında çoxsaylı ayələr qeyd olunur ki, din xadimləri öz mötəbər və dəyərli kitablarında bu haqda buyurmuşlar, o cümlədən Əllamə Məclisi çox qiymətli “Biharul-ənvar” kitabının bir fəslini İmam Məhdinin (ə.f) qiyamı şərh edilən Qurani-Kərim ayələrinə həsr etmişdir. Biz burada bir neçə misalı qeyd etməklə kifayətlənirik:

 

وَلَقَدْ کَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّکْرِ أَنَّ الْأَرْضَ يرِثُهَا عِبَادِي الصَّالِحُونَ

Biz zikrdən (Tövratdan) sonra Zəburda da yazmışdıq ki, yer üzünə Mə­­nim əməlisaleh qullarım varis olacaqlar.[1]

 

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

Müşriklərin xoşuna gəlməsə də, dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz elçisini hidayət və haqq dinlə göndərən Odur.[2]

 

İmam Rzadan (ə) nəql olunan bir hədisdə deyilir ki, bu ayə İmam Məhdi (ə.f) haqqındadır, belə ki o Həzrət (ə.f) Allah tərəfindən İslamı bütün inanclar və ayinlər üzərində üstün etmək üçün göndərilmiş bir imamdır.

 

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd vermişdir ki, onlardan əvvəlkiləri yer üzünün canişinləri etdiyi kimi, onları da yer üzünün hakimləri edəcək, mömin­lər üçün bəyəndiyi dini möhkəmləndirəcək, qorxularını arxayınçılıq və rahatlıqla əvəz edəcəkdir. (Belə ki,) yalnız Mənə ibadət edəcək və heç nəyi Mənə şərik qoşmayacaq­lar. Bundan sonra kafir olanlar fasiqlərdir.”[3]

 

Şeyx Tusinin “Qeyb” kitabında qeyd olunur ki, bu ayə də İmam Məhdi (ə.f) və onun yardımçıları haqqında nazil olub.

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmış­lara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək.[4]

Şeyx Tusi “Qeyb” kitabında Həzrət Əlinin (ə) bu ayənin təfsirində belə buyurduğunu nəql edir: “Yer üzündə zəif salınmışlar Peyğəmbər (s) övladlarıdır ki, Allah onlardan Məhdi (ə.f) meydana çıxarmaqla onları güclü, düşmənlərini isə gücsüzləşdirməyi iradə etmişdir”.

 

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

Bilin ki, Allah, torpağı öldükdən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə düşünəsiniz.[5]

Şeyx Tusi “Qeyb” kitabında sözügedən ayənin təfsirində İbn Abbasdan belə nəql edir: “Allah ölü torpağı insanların zülmündən sonra İmam Məhdinin (ə.f)  zühuru ilə dirildər.”

 

Əllamə Məclisi haqqında bəhs etdiyimiz mövzu ilə bağlı Qurani-Kərimin 60 ayəsini müvafiq hədislərlə qeyd etmişdir ki, maraqlananlar onun kitabına müraciət edə bilərlər.[6]

 

www.ahliman.info

[1] Ənbiya surəsi, 105-ci ayə

[2] Səff surəsi, 9-cu ayə

[3] Nur surəsi, 55-ci ayə

[4] Qəsəs surəsi, 5-ci ayə

[5] Hədid surəsi, 17-ci ayə

[6] Vəd edilmiş Məhdi (ə.c), Əli Dəvani, səh.246-272

Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..