Qurani-Kərimdə beş surə vardır ki, hər biri bir heyvanın adı ilə adlandırılmışdır.
1. “Bəqərə” surəsi.
2. “Nəhl” surəsi.
3. “Nəml” surəsi.
4. “Ənkəbut” surəsi.
5. “Fil” surəsi.
Bu surələrin fəzilətləri barəsində çox sayda hədislərimiz vardır.
1. “Bəqərə” surəsi. Həzrə Peyğəmbərə (s) sual verirlər ki, Quranın hansı surəsinin və hansı ayəsinin fəziləti daha çoxdur? Həzrət (s) buyurur: ““Bəqərə” surəsi və “Ayətül-kürsü” ayəsi”.
2. “Nəhl” (arı) surəsi. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Nəhl” surəsini oxuyar, Allah dünyada ona verən nemətlərdən Qiyamətdə hesab çəkməz”.
3. “Ənkəbut” surəsi. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ənkəbut” surəsini oxuyar, Allah hər bir mömin və münafiqin sayı qədər əməl dəftərinə on həsənə yazar”.
4. “Nəml” (qarışqa) surəsi. İmam Sadiq (ə) buyurur: “Hər kim “Şura”, “Nəml”, “Qəsəs” surələrini cümə gecəsində oxuyarsa, İlahi övliyalardan olar”.
5. “Fil” surəsi. İmam Sadiq (ə) buyurur: “Hər kim “Fil” surəsini vacib namazlarında oxuyar, Qiyamət günü dağ, dərə, səhra çınqılları şəhadət verər ki, o, namaz qılan olmuşdur”. (Tebyan/Deyerler)