“Quran” sözü lüğətdə
Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür:
- “Quran” sözü, əslində “qərəə” kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx Təbərsi bu barədə yazır: “Quran sözü əslində oxumaq mənasını bildirən və oxumaq sözünün məsdəri sayılan “qiraət” kökündəndir.”5
- “Quran” sözü əslində “qərən” kökündən olub “cəm” və “toplamaq” mənasına malikdir.
Belə ki, Qurani-kərim öncə nazil olmuş bütün səmavi kitablardakı bütün həqiqətləri və maarifi özündə toplamışdır.6
- Yəhudilərin kitabı “Tövrat” və məsihilərin kitabı “İncil” adlandığı kimi, müsəlmanların kitabı da “Quran” adlandırılmışdır və bu ad hansısa sözdən
alınmamışdır. َ
- “Quran” sözü əslində “qərain” kökündən olub, “oxşar əlamətlər və nişanələr” mənasına malikdir. Çünki bu müqəddəs kitabın ayələri bir-birini təsdiq edir və bir-birinə bənzəyirlər.
- “Quran” sözü əslində “qərənə” kökündən olub, “dəlalət” və “işarə” mənasını daşıyır. Çünki bu müqəddəs kitab bütün insanların səadət və hidayəti üçün dəlil və işarə sayılır.
Qeyd: Yuxarıdakı mənalardan daha çox birinci məna məqsədə uyğundur. Deməli, “Quran” sözü müqəddəs kitabımız çox oxunduğu üçün əslində “qərəə” kökündən olmuş və “tilavət” (oxunmuş) mənasını daşıyır.
5َ“Məcməul-bəyan” təfsiri, Təbərsi, c. 1, səh.82.
6َ“Mufrədat”, Rağib İsfahani, səh.688.