Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Noyabr 13:25
Şərh Yoxdur
3438

Qiyamət günü həsrət çəkənlərdən olmamaq üçün əməli tövsiyələr

İnsanlar dünyada bir çox şeyin həsrətini çəkərlər. Bu insanların həsrəti çəkməsinin əsil səbəbi ya çatmaq istədikləri yerə çata bilmədiklərinə görə olar, ya da bir yerə gedib çatıblar, ancaq hədəfləri daha yüksək məqamlar olmuşdur.

İnsan nəinki tək bu dünyada həsrət çəkər, o, ən böyük həsrəti axirətdə çəkər. Belə ki, Həzrət Peyğəmbərə (s) əmr olunur ki, insanları həsrət günündən qorxutsun. (Ya Peyğəmbər!) Onları (hamını əhatə edəcək) peşmançılıq günü ilə (pislərin günahlarının peşmançılığını, yaxşıların isə itaətlərinin azlığının peşmançılığını çəkəcəkləri bir günlə)qorxut. O zamanla ki,(hesab və mühakimə) iş(i) bitər, lakin onlar qəflətdə olarlar və iman gətirməzlər”. (“Məryəm” 34).

Qiyamət günü həsrət çəkməyin amillərindən biri – maldan yanlış istifadə etməkdir. Yəni, onu İlahi olmayan yollara xərcləməkdir. İmam Əli (ə) buyurur: “Qiyamət günü ən böyük əfsus o insanın əfsusu olar ki, malı rəva olmayan surətdə toplayıb cəhənnəmə gedər və həmin malı o kəsə miras qoyar ki, Sübhan Allaha itaət yolunda xərcləyər və behiştə gedər”. (Həvzəh/Deyerler)

Həmçinin insanın əməlləri də onun həsrət çəkməsinə səbəb olar. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü ən peşman olan insan o kəsdir ki, insanlara ədalətdən danışar, ancaq özü başqalarına ədaləti rəva bilməz”.

Aşura hadisəsi o dövrün insanlarının həsrət çəkməyinə səbəb olmuşdu. Çünki onların bəsirəti yox idi və zəmanələrinin İmamını (ə) tanımırdılar. Öz zəmanələrinin İmamını (ə) tək qoymuşdular və onu müdafiə etməmişdilər. Ona görə də həsrətə düçar olmuşdular. Ancaq artıq gec idi və günahlarının nəticəsini aradan qaldıra bilmirdilər.

Kərbəla hadisəsində ancaq bəsirətli insanlar, İmam (ə) onlardan yardım istəməzdən əvvəl ona yardıma tələsmiş və İslam dinini müdafiə etmişdilər. Lakin bəsirətsizlər İmamın (ə) dəvətinə baxmayaraq, ondan boyun qaçırtmış və İmamı (ə) himayə etməmişdilər.

Bu insanlar Kərbəla hadisəsindən sonra həm dünyada və həm də axirətdə həsrət çəkənlərdən oldular. Dünyada onun həsrətini çəkdilər ki, İmamlarının (ə) dəvətini rədd ediblər və ona “Ləbbeyk!” deməyiblər. Qiyamət günü isə vilayəti qəbul etmədiklərinə və İmamlarını (ə) lazım olan qədər tanımadıqlarına görə həsrət çəkəcəklər.

“Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə(mən də Allaha tərəf gedərək) bir yol tutaydım»”. (“Furqan” 27).

“(Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) «əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə! Həqiqətən mən məsxərə edənlərdən idim» desin”. (“Zumər” 56).

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü hamıdan daha çox peşman olar kəs o insandır ki, axirətini dünyasına satmışdır”.

Lakin bu həsrət və peşmançılıq fayda verməyəcəkdir, çünki artıq iş-işdən keçmişdir. Artıq əməl dəftəri bağlanmışdır.

Allah Təala bizləri Qiyamət günü vilayətə münasibətdə bəsirətli möminlərdən qərar versin!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..