Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 May 13:56
Şərh Yoxdur
3214

Qeyb zamanında Əhli-Beyt (ə) davamçılarının 12 mühüm vəzifəsi

Qeyb zamanında Əhli-Beyt (ə) davamçılarının ən mühüm vəzifələrinə işarə edək:

1. İmam Zaman ağanın (ə.f) fərəcinin tezləşməsinə görə dua etmək. İmam Sadiq (ə) Zərarəyə bir dua öyrədir və buyurur: “Əgər qeyb zamanını dərk etsən, belə dua et:

اللهم عرفنی نفسک فإنک إن لم تعرفنی نفسک لم

أعرف نبیک. اللهم عرفنی رسولک فإنک إن لم تعرفنی رسولک لم أعرف حجتک.
اللهم عرفنی حجتک فإنک إن لم تعرفنی حجتک ضللت عن دینی»

2. İmamı (ə.f) tanımaq, sünnəti ilə yaxından tanış olmaq. Təbiidir ki, həqiqi müntəzir gərək aşiqi olduğu İmamın (ə.f) hansı xüsusiyyətlərə malik olduğunu bilsin və hansı sünnətlərə malik olduğundan agah olsun. (Tebyan/Deyerler)

3. Hər bir sahədə ədəbə riayət etmək. İlahi hüccət olan İmam Zaman ağanın (ə.f) adı mübarəkdir və yada salınması – əzizdir. O, məxluqlar arasında Allahın görən gözüdür. Həzrətə (ə.f) qarşı ədəbə riayət etmək – ən mühüm  məsələlərdəndir.

4. Həzrətə (ə.f) olan eşqi bəyan etmək. Mərhum Seyyid Əbdülkərim Kəffaş həftədə bir dəfə Həzrətin (ə.f) xidmətində olurdu. Bir dəfə İmam (ə.f) ondan soruşur: “Seyyid Əbdülkərim! Əgər bizi görməsən nə olar?”.

Cavab verir: “Ağa, mütləq ölərəm”.

Həzrət (ə.f) buyurur: “Əgər belə olmasaydı, bizi görməzdin”.

5. Başqalarında İmama (ə.f) qarşı sevgi yaratmaq. Hər kim bir başqasına eşq bəsləyərsə, başqalarını da ona tərəf təbliğ edər və onu başqalarına tanıdar.

6. Fərəcin intizarı. İmam Sadiq (ə) buyurur: “Məsum İmamların (ə) sifətlərinin bəzisi ibarətdir: təqvadan, iffətdən, xeyirxahlıqdan… fərəcin intizarında səbir etməkdən”.

7. İmama (ə.f) aid təşkil edilən məclislərdə iştirak etmək.

8. İmamın (ə.f) salamatlığına görə sədəqə vermək.

9. İmamın (ə.f) niyyətilə həcci və ümrəni yerinə yetirmək.

10. İmamla (ə.f) beyəti təzələmək.

11. Haramdan çəkinmək.

12. Salehlərlə dost olmaq.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..