Həzrət Əli (ə) buyurmuşdur:
الحِدَّةُ نَوْعٌ مِنَ الْجُنُونِ لِأَنَّ صَاحِبَهَا يَنْدَمُ فَإِنْ لَمْ يَنْدَمْ فَجُنُونُهَا مُسْتَحْكَمٌ
“Qəzəb və tələskənlik bir növ dəlilikdir. Çünki bu sifətin sahibi tez bir zamanda tutduğu işdən peşman olur və əgər peşman olmazsa, bu, həmin şəxsin divanəliyinin şiddətli və sabit qalmasına dəlalət edir.”[1]
Qısa izah
Əql və düşüncə insana verilən fürsətlərdən səmərəli istifadə etməklə yanaşı, onun yersiz tələskənlik və qəzəbdən çəkinməli olduğunu da aşılayır. çəkindirməyi tələb edir. Çünki belə hallarda insan düzgün şəkildə mühakimə edə və məsələnin həqiqətinə vara bilmir və daha sonra atdığı yersiz addım və qəbul etdiyi yanlış qərarlardan tez bir zamanda peşman olur. Qəzəbli olduqda insanın söylədiyi xoşagəlməz sözlər abır-həya və heysiyyətin aradan getməsi və nəticədə, dostların itirilməsi ilə tamamlanır. Qəzəbləri soyuduqdan sonra əmələrinin təəssüf doğuran nəticələrini müşahidə etdikdə, ibrət alaraq peşmançılıq hissi keçirməyənlər sözün əsl mənasında, həqiqi divanələrdir.
[1] “Nəhcül-bəlağə”.