Ayətullah Cavadi Amuli ona verilən iki sualı cavablandırmışdır ki, biz də bu arifin verdiyi cavablardan bəhrələnək.
Birinci sual: Öz şeytani fikirlərimizə necə qalib gələk?
Cavab: Hədislərin birində deyilir: “Hər bir işə başlayan zaman deyin: “Bismilləhir-Rahmənir-Rahim!”. Yəni, qəsd etdiyiniz işi gərək elə başladasınız ki, Allahın adı ilə olsun. Bu yolla biz hər bir işimizi, eləcə də mütaliələrimizi, təfəkkürümüzü, aqibətimizi dəyərləndirməyimizi elə yerinə yetiririk. Həmçinin elə işlər görməliyik ki, əvvəlində deyə bilək ki, Allahım, bu işə Sənin adınla başlayırıq. Bu iş ya vacibdir, ya da müstəhəb. Haram və məkruh işi Allahın adı ilə başlamaq olmaz. Belə olarsa, şeytan daima əsarətdə olar.
Ona görə də “Bismilləhir-Rahmənir-Rahim” deməyin iki faydası vardır:
1. Hər bir işi görməzdən əvvəl diqqət etmək və aqibəti düşünmək.
2. Yerinə yetirilməsi layiqli olan işləri görmək.
İkinci sual: Əxlaq elmini əldə etmək üçün haradan başlamaq lazımdır?
Cavab: Əxlaq elminin bir hissəsi nəzəridir ki, mütaliə ilə, dərslə təmin edilər. Bir hissəsi isə əməlidir ki, əxlaq müəlliminin hidayət və yol göstərməsindən asılıdır. Hədislərin birində deyilir: “Elmlə bir yerdə olan əməl, qalıcı olmasını artırar və çiçəklənməsinə səbəb olar”. Əgər insan vacibatı yerinə yetirmək üçün səy göstərərsə, müstəhəbləri bacardığı qədər edərsə, haramları tərk edərsə və bacardığı qədər məkruhlardan uzaq olarsa, işlərində ifrat və təfrit etməzsə – müvəffəq olacaqdır”. (Tebyan/Deyerler)