Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Dekabr 19:00
Şərh Yoxdur
5320

Qəlbləri sındıran əməlləri tanıyaq ki, onlardan uzaq olaq

Mömin insanın qəlbini sındırmağın pis aqibətləri vardır ki, onları dəf etmək çox çətin məsələdir.

 

Bəs qəlbi hansı əməllər sındıra bilər?

 

1. Başqalarını məsxərə etmək. “Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun”. (“Hucurat” 11).

 

2. Eyib axtarmaq. “Bir-birinizdə eyib axtarmayın”. (“Hucurat” 11).

 

3. Bir-birinizi çirkin adlanla çağırmaq. “Bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!”. (“Hucurat” 11).

 

4. Üzünüzü başqa tərəfə çevirmək. “Camaatdan təkəbbürlə üz çevirmə” (“Loğman” 18).

 

5. Təkəbbürlə yol getmək. “Yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz». (“Loğman” 18).

 

6. Qeybət etmək. “Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün, onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyib və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz.

Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır”. (“Hucurat” 12).

 

Beləliklə deyə bilərik ki, möminin qəlbini sındırmaq asandır, ancaq onu bərpa etmək çətindir. Allah buyurur ki, Mən sınmış qəlblərin həmdəmiyəm. Ona görə də hər kim möminin qəlbini sındırar – əslində Uca Allahın da qəlbini sındırmış olar. Belə insana edilən nifrinlər tez həyata keçər. Ona görə də hələ fürsət var bu əməldən çəkinin və sındırdığınız qəlblərin cəzasını tövbə edərək və halallıq istəyərək aradan qaldırın. (Beytutə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..