Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 May 11:41
Şərh Yoxdur
5968

Qəlb qüvvəsini artıran, hacətin qəbulunu yaxınlaşdıran surə – “Nəcm” surəsinin fəzilətləri

“Nəcm” surəsi Quranın 53-cü surəsidir ki, 62 ayəsi vardır və Məkkədə nazil olmuşdur. Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Nəcm” surəsini oxuyar, Peyğəmbəri (s) təsdiq edənlərin və inkar edənlərin on bərabəri qədər ona savab verilər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Nəcm” surəsini oxumağı davamlı edərsə, insanların arasında elə yaşayar ki, onu mədh edərlər, Allah günahlarını bağışlayar və insanlar onu sevər”. (Tebyan/Deyerler)

Bu surənin bərəkətləri.

1. Qəlb qüvvətini artırar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər “Nəcm” surəsini heyvan dərisinə yazsalar və özü ilə gəzdirsələr, qarşılaşdığı hər hakimə görə qəlbi qüvvət əldə edər və həmin hakim və ya sultan ona ehtiram qoyar.

2. Körpənin ağlamasının qarşısını almaq. Əgər bu surənin 59-61-ci ayələrini yazıb uşağın çox ağlamasının qarşısını almaq üçün boynundan assalar, sakitləşər.

3. Hacətin yerinə yetməsi. Əgər bu surəni bir dəfəyə (fasilə vermədən) 21 dəfə oxusalar, hacəti yerinə yetər.

 

“Nəcm” surəsi ərəbcə.

 

“Nəcm” surəsinin tərcüməsi.

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Qurani-Kərimdə xeyir və yaxşı işlər

Qurani-Kərimdə xeyir və yaxşı işlər üçün müxtəlif nümunələr göstərilmişdir: 1-Oruc: وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ “…Oruc tutmaq (çətin və məşəqqətli... Davamı..

“Quran” sözü lüğətdə

Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür: “Quran” sözü, əslində “qərəə”  kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx... Davamı..

“Bəqərə” surəsi

“Bəqərə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. (Bu əzəmətli kitabı sadə əlifba hərflərindən ərsəyə gətirən Allah böyükdür.) Bu,... Davamı..

“Fatihə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə! Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Rəhman və Rəhim olana (ümumi və xüsusi rəhməti hamını əhatə edən... Davamı..

Quran ayələrinə əsasən SƏDƏQƏ aşağıdakı şərtlərlə verilməlidir:

1). Sədəqə malın halalından, yaxşısından, sağlamından və pakından olmalıdır. (Bəqərə/267). 2). Allah yolunda və xalis niyyətlə verilməlidir. (Bəqərə/265). 3). Gizli verilməsi daha... Davamı..

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..