Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Mart 21:08
Şərh Yoxdur
85

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir?
1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185).
2). Qurani-Kərim mübarək gecədə nazil olub. Hansı ki, o gecədə hər bir iş İlahi dərgahdan gələn əmr ilə ayrıd ediləcək. Və bu Allahın insanlara göstərdiyi rəhmət və mehribanlığa görədir. (Duxan surəsi, 1, 2, 3, 4, 5 və 6-cı ayələr).
3). Biz Quranı Qədr gecəsi nazil etdik. Elə bir gecə ki, dəyəri sizin dərkinizin fövqündədir. O gecə 1000 aydan daha xeyirlidir! O gecə mələklər və Ruh xüsusi əmrlə yer üzünə enirlər. O gecə salamatçılıq gecəsidir.
P.S: Bu üç ayədən çox asanlıqla başa düşülür ki, Qədr gecəsi Quranın nazil olduğu gecədir və həmin gecə Ramazan ayında yerləşir. Bütün müsəlmanların etiqadına əsasən isə həmin gecə Ramazan ayının 17, 19, 21, 23, 25, 27 və 29-cu gecələrindən birinə təsadüf edir. Peyğəmbər də mübarək Ramazan ayının son 10 gecəsini ibadətlə məşğul olardı.
Şiə və Əhli-Sünnə hədislərində 23-cü gecənin Qədr gecəsi olmasına dair ehtimalı gücləndirən səhih hədislər olsa da, əhli-sünnə Übəyy ibn Kəbin Qədr gecəsinin 27-ci gecədə olmasına dair and içməsi səbəbi ilə 27-ci gecəni daha çox önəmsiyirlər. Halbuki Übəyyin andına söykənmək üçün heç bir məntiqi dəlil yoxdur, madam ki, Allah-Taala bu gecənin qeyb pərdəsində qalmasını iradə etmişdir.
Hər halda hədislərimizdə həm Qədr gecəsi ilə bağlı ehtimallar var, həm də bu gecə ilə bağlı əməllər və ayinlər ki, ən ümdəsi bu gecəni oyaq qalıb ibadət etməkdir.
Axı niyə də oyaq qalmayaq? Məgər Allahın mübarək elan etdiyi bir gecədə insan yatarmı? Mələklərin və Ruhun nazil olduğu bir gecədə necə yatıb İlahi nəsimdən binəsib olasan axı?! Bir gecəni ki, hər şey həmin gecədə baş verir, necə yatmaq olar və necə qəflətdə keçirmək olar, axı?

Digər “Qurani Kərim ” Xəbərləri

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..

Dünya alimlərinin Quran barəsində söylədikləri:

Dünya alimlərinin Quran barəsində söylədikləri: 1. Doctor Henry Corbin, tanınmış fransalı islamşünasın Quran barəsində çox maraqlı bir sözü vardır. O deyir: “Əgər... Davamı..

Qurani-Kərimdə axirət aləmi və onun adları – Allaha doğru qayıdış

Quran ayələrində Qiyamət və axirət aləmi ilə bağlı geniş şəkildə (10-dan çox) işlədilən ifadələrdən biri də “Allaha doğru qayıdış”dır. O cümlədən, “Ənkəbut” surəsinin... Davamı..

Qurani-Kərimdə xeyir və yaxşı işlər

Qurani-Kərimdə xeyir və yaxşı işlər üçün müxtəlif nümunələr göstərilmişdir: 1-Oruc: وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ “…Oruc tutmaq (çətin və məşəqqətli... Davamı..

“Quran” sözü lüğətdə

Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür: “Quran” sözü, əslində “qərəə”  kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx... Davamı..