Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Sentyabr 10:50
Şərh Yoxdur
3536

Qədir-Xum günü infaq etməyin savabı, oruc tutmağın savabı, gülərüz olmağın savabı, zinətləndirməyin savabı…

Qədir-Xum o qədər mühüm bir məsələdir ki, heç bir bayram ondan üstün hesab edilmir. Hədislərimiz bu bayramın fəziləti barəsində bizlərə məlumat verir və bizi həmin günün bərəkətlərindən xəbərdar edirlər.

Həzrət Fatimə (s.ə).

Həzrət Peyğəmbər (s) vəfat edəndən sonra Fədəyi qəsb edirlər. Həzrət Zəhra (s.ə) xütbə demək üçün məscidə daxil olur və böyük bir insan kütləsinin qarşısında xütbə deyir. Xanım (s.ə) buyurur: “Məgər atam Qədir-Xum günündə kiminsə üçün üzr yeri qoymuşdurmu? Məgər unutmusunuzmu ki, Peyğəmbər (s) Qədir-Xum günündə buyurmuşdu: “O kəsin ki, rəhbər və mövlası mənəm – Əli (ə) onun rəhbər və mövlasıdır”. Allaha and olsun ki, Peyğəmbər (s) həmin gün Əlinin (ə) vilayət və imamətini möhkəmləndirirdi ki, sizin bu məqama olan tamah kökünüzü kəssin”.

İmam Hüseyn (ə).

58-ci hicri ilində İmam Hüseyn (ə) həcc mərasiminda Minada 700 nəfərdən olan ənsar və mühacirlərə xütbə oxuyur və buyurur: “Sizi Allaha and verirəm, məgər bilmirsinizmi ki, Peyğəmbər (s) Əlini (ə) Qədir-Xum günündə rəhbər təyin etmişdi və öz dili ilə onun vilayətini elan etmişdi? Buyurmuşdu: “Bu mövzunu hazır olan olmayanlara xəbər versinlər”? Orada olanlar dedilər: “Bəli, Allahı şahid tuturuq ki, biz Qədir-Xum macərasını bilirik””.

İmam Rza (ə).

İmam Rza (ə) buyurur: “O zaman ki, Qiyamət günü bərpa olar, dörd günə zinət verərlər, necə ki, gəlini bəzəyərlər. Bu dörd gün: Quran bayramı günü, Fitr günü, cümə günü, Qədir-Xum günüdür. Ancaq Qədir-Xum günü o biri üç günün yanında ulduzlar arasında olan Ay kimidir. Qədir-Xum gününə “Kamal günü” deyirlər. O gün ki, şeytanlar qovular və o gündür ki, Əhli-beyt (ə) davamçılarının və Ali-Muhəmməd (ə) dostlarının əməlləri qəbul olunar. O gündür ki, Allah müxaliflərin əməllərini rədd edər və onları dəyərsiz hesab edər”.

“Bu bayram günündə insanların üzünə gülmək lazımdır, insanlarla gülərüzlə söhbət etmək lazımdır. Hər kim Qədir-Xum günündə müsəlman qardaşı ilə gülər üzlə üz-üzə gələrsə, Allah Qiyamət günü ona rəhmət gözü ilə baxar. Onun min hacətini rəva edər və onun üçün behiştdə ağ luludan saray tikər. Simasını nurani edər”.

Qədir-Xum günü – zinət günüdür. Hər kim bu gündə özünü zinətləndirərsə, Allah onun günahlarını bağışlayar. Mələkləri məbus edər ki, onun üçün həsənə yazsınlar. Dərəcəsini qaldırar və əgər o ildə ölərsə, şəhid ölmüş olar. Əgər sağ qalarsa, xoşbəxt olar”.

 

İmam Sadiq (ə).

Həsən ibni Raşid nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Fitr və Qurbandan başqa bayram vardırmı?”. Həzrət (ə) buyurdu: “Bəli, o iki bayramdan daha böyük və şərəfli bayram başqasıdır. O gündür ki, Əmirəl-möminin (ə) insanların rəhbəri kimi təyin edilmişdir. Zilhiccə ayının 18-si”.

İmam Sadiq (ə) buyurur: “Zilhiccə ayının 18-i – böyük bayramdır. Hər bir peyğəmbər (ə) istisnasız olaraq öz canişinini belə bir gündə ümmətinə tanıtmışdır. Özündən sonra ümmətin rəhbəri kimi nəsb etmişdir”.

İmam Sadiq (ə) buyurur: “Qədir-Xum günü bir dirhəm infaq etməyin savabı, başqa günlərdə min dirhəm infaq etməyin savabına bərabərdir”.

İmam Sadiq (ə) buyurur: “Qədir-Xum gününün orucunun savabı dünya ömrünün sonuna qədər tutulan orucun savabına bərabərdir. Həmçinin mükafatı hər il yüz dəfə həccin, yüz dəfə ümrənin mükafatına bərabərdir. O həcc və ümrə ki, Allah tərəfindən qəbul olunar”.

İmam Sadiq (ə) buyurur: “Qədir-Xum gününün orucu 60 ilin günahlarının kəffarəsidir”.(Tebyan/Deyerler)

 

Qədir-Xum bayramınız mübarək olsun.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..

imam Həsən Əskərinin (ə) şəhadəti

Rəbiül-əvvəl ayının 8-i on birinci imamımız imam Həsən Əskərinin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və o həzrətin... Davamı..

Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdür

Bu gün Qəməri təqvimi ilə səfər ayının 28-i əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfatı və imam Həsən ibni Əlinin (ə) şəhid... Davamı..