Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 İyun 15:12
Şərh Yoxdur
3158

Qəlbimizin yorğunluğunu və süstlüyünü necə müalicə edək?

Qəlb də, bədən kimi yorulur və süstləşir. Ona görə də onu yeni hikmət, dini maarif və həqiqətlər ilə canlandırmaq lazımdır ki, yorğunluğunu aradan aparsın.

 

Qəlbin nurani olması üçün nə edək?

 

1. Quran oxuyaq. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan qəlbi dəmir kimi pas bağlayar və onun pasını aparmağın vasitəsi – Qurandır”.

 

2. Dini maarifə yiyələnmək. İmam Əli (ə) buyurur: “Qəlblər də bədənlər kimi yorğun olur. Ona görə də təzə bilik, hikmət kəsb etmək, yeni həqiqət və maarif əldə etməklə onun yorğunluğunu aradan aparın”.

 

3. İmanı möhkəmləndirmək. İmam Əli (ə) buyurur: “İman vasitəsilə qəlbdə nurani nöqtə yaranar və hər nə qədər iman çoxalarsa o nurani nöqtə daha aydın və daha çox olar”.

 

4. Davamlı olaraq Allahı zikr etmək. İmam Əli (ə) buyurur: “Allah zikrini davamlı edin ki, qəlbi nurani edər”.

 

5. Təfəkkür etmək. İmam Həsən Müctəba (ə) buyurur: “Fikirləşin və düşünün ki, bəsirət əhlinin qəlbinin həyatına səbəb olar və hikmət qapılarının açarıdır”. (Beytutə/Deyerler)

 

6. Təqva. İmam Əli (ə) buyurur: “Təvqa – qəlb xəstəliklərinin dərmanı, qəlbin aydınlığı, bədən dərdlərinin dərmanı, ruhun çirkinliklərini pak edən, göz qaranlığına aydınlıq verən və aramsızlıqlara əmin-amanlıq verəndir”.

 

7. İlahi xofdan ağlamaq. İmam Baqir (ə) buyurur: “Kamil ayıqlığı (Allahdan) sadiq qorxmaqla əldə et”.

 

8. Təqva əhli ilə oturub-durmaq.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..