Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 İyul 05:19
1 Şərh
2976

Qədr gecəsi kimin üçündür?

Qədr gecəsi elə bir məqama malikdir ki, Quranın söylədiyi kimi dərk ediləsi deyildir. Əgər hər kimsə bu cür əzəmətli bir gecəni dərk edə bilirsə, deməli vəhylə əlaqəsi vardır.(Tebyan/Deyerler)

Kuleyni Həsən ibni Abbasdan və o, da Rəsullahdan (s) nəql edir ki, Həzrət səhabələrinə buyurmuşdu: “Qədr gecəsinə imanınız olsun. Çünki bu gecə Əli ibni Əbitalub ilə 11 övladının gecəsidir”.

Bu əzəmətli bir gecəni Peyğəmbər (s) və İmam Əli (ə) çox gözəl dərk edirdi. Ona görə də Əmirəl-möminin (ə) kəlamlarında Qədr gecəsi haqqında deyilən dəyərli sözlərə nəzər salaq.

Əsbəğ ibni Nəbatə İmam Əlidən (ə) nəql edir: “Peyğəmbər (s) mənə buyurmuşdu: “Ya Əli! Bilisənmi ki, Qədr gecəsinin mənası nədir?” Ərz etdim: “Yox, ya Rəsullah!” Peyğəmbər (s) buyurur: “Allah Təala həmin gecə ki, Qiyamət gününün təqdiri olacaqdır, qəza və hökm etmişdir.

Allah Təalanın əmr etdiyi şey – sənin vilayətin idi və həmçinin Qiyamətə qədər sənin nəslindən olan İmamların vilayəti””.

İstər-istəməz zehnimizi belə bir sual məşğul edir ki, niyə Qədr gecəsinin hansı gecə olduğu dəqiq deyildir və bu məsələdə şübhələr vardır? Məgər Məsumlar (ə) bunu bizə xəbər etməyiblər? Yaxşı olardı ki, həmin gecə bizim üçün aydın olardı? Həzrət (ə) öz nurani kəlamlarında bu suala cavab vermişdir.

İmam Əliyə (ə) deyilir ki, bizi Qədr gecəsinə görə agah et. Həzrət də buyurur: “Mən belə deyildir ki, onu biləm və sizdən gizlədəm. Şəkk etmirəm ki, Allah-Təala kömək etmək və sizə möhlət vermək üçün onu sizdən gizlətmişdir. Çünki əgər onu sizə elan etsəydi, ancaq həmin gecəyə əməl edərdiniz. Qalan gecələrdə ibadəti tərk edərdiniz”.

İmam Əli (ə) İbni Abbasa buyurur: “Həqiqətən Qədr gecəsi hər il olur. O gecədə bütün il boyunun işi yerə enər. Peyğəmbərdən (s) sonra o iş üçün rəhbərlər vardır”. İbni Abbas soruşur: “Bu rəhbərlər kimlərdirlər?” Buyurur: “Mən və mənim nəslimdən olan 11 övladım”.

İmam Cavad (ə) İmam Əlidən (ə) nəql edir: “Peyğəmbərdən (s) eşitmişdim ki, səhabələrinə buyurur: “Qədr gecəsinə iman bəsləyin. O gecə Əli İbni Əbitalib və ondan sonra 11 övladı üçündür”.

İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) Ramazan ayının son on gününü yatağını toplayardı. 23-cü gecə ailəsini oyaq saxlayardı. O gecə yatanların üzərinə su səpərdi”.

 

www.ahliman.info

 

 

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..