Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Yanvar 15:47
Şərh Yoxdur
3947

Pis söz deməyi tərgitmək üçün 10 məsləhət

Pis söz deyən və ya söyüş söyən – əslində şeytanın şərikidir. Belə ki, İmam Sadiq (ə) buyurur: “Şeytanın insanın nütfəsində iştirak etməsinin nişanələrindən biri də budur ki, o, söyüş söyən olar. Nə dediyindən və nə eşitdiyindən qorxmaz”.

 

Bəs söyüş söyməyə adət edən insan özünü necə müalicə etməlidir?

 

1. İnsan əziz olmasını saxlamaq üçün, ağzını təmiz etməlidir. İnsan xoşlayır ki, başqaları tərəfindən əzizlənsin və sevilsin. Ancaq o insan ki, söyüş söyməyə adət etmişdir, əksinə insanların ondan uzaqlaşmasına şərait yaradar. Bunu dərk edən insan dilini yaxşı sözlərə adət etdirər ki, pis sözləri aradan aparsın.

 

2. İnsan başa düşməlidir ki, söyüş söymək günahdır və o, bu günahı tərk etməlidir. Ona görə də dilini Allah zikri ilə məşğul etməlidir.

 

3. Kərim və alim insanlarla oturub-durmalıdır.

4. Əgər dilinə söyüş gətirərsə, tez üzr istəməlidir.

5. Allahı yada salıb, Ona sığınmalıdır.

6. Moizələrə qulaq asmalıdır və başa düşməlidir ki, ancaq yaxşı insanların adı yadigar qalır.

 

7. Özü ilə əhd bağlamalıdır ki, əgər dilinə pis söz gətirsə, qarşı tərəfə hədiyyə alacaq və üzr istəyəcəkdir.

 

8. İnsan o zaman söyüş söyər ki, kiməsə qəzəblənər. Ona görə də səbir etməyi və qəzəbinə qalib gəlməyi öyrənmək lazımdır.

9. Hər günün sonunda öz əməllərini mühasibə etməlidir. Əgər həmin günü söyüş söyməyibdirsə, Allaha şükür etməlidir. Əgər pis söz deyibdirsə, tövbə və istiğfar etməlidir.

 

10. İradəsini gücləndirməlidir. Bilməlidir ki, insanın həm cismi və həm də mənəvi tərəfi vardır. Əgər mənəvi tərəfini gücləndirsə, cismi ona tabe olacaqdır və bədən üzvləri rəzil işləri görməkdən əl çəkəcəkdir. (Tebyan/Deyerler)

 

Söyüş – ya cismi, ya da ruhi xəstəliyin nəticəsidir. Bu zaman insan ağlının, vicdan və pak fitrətinin əleyhinə iş görər. Ona görə də vicdanı daima onunla vuruşar. Bu müharibə isə insanı xəstə edər. Bu səbəbdən insan gərək vicdanının, ağıl və fitrətinin əleyhinə olan işlərdən çəkinsin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..