Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Sentyabr 14:38
Şərh Yoxdur
6141

Peyğəmbərimizin (s) haram və məkruh saydığı 40 əməl

Allah-taala “Həşr” surəsinin 7-ci ayəsində buyurur: “Rəsulumuzun sizin üçün gətirdiyi hər bir şeyi qəbul edin və qadağan etdiyi bütün şeylərdən uzaq olun.”

Həzrət Məhəmməd (s) aşağıda qeyd olunan əməllərdən uzaq olmağı tövsiyyə etmiş və bu əməllərin haram və məkruh olduğunu buyurub. Bəs Peyğəmbərimiz (s) bu qırx əməldən hansılarını haram və hansılarını məkruh buyurmuşdur?!

 

1-Qızıl və gümüş qabda xörək yemək.. (Haram)

2-Heyvanı yandırmaq. (Haram)

3-cinsi əlaqə zamanı üzü qibləyə olmaq. (Məkruh)

4-Kişilərin ipək paltar geyinməsi.. (Haram)

5-Kişilərin qızıl üzük taxması.. (Haram)

6-Cadugərlərə müraciət etmək. (Haram)

7-Nərd oynamaq, tar və tənbur çalmaq. (Haram)

8-Qeybət etmək və ona qulaq asmaq. (Haram)

9-Xəbərçilik etmək və xəbərçi edənə qulaq asmaq. (Haram)

10-Günaha sövq edən məsələlər haqqında danışmaq. (Məkruh)

11-Sələm almaq və yalandan şəhadət vermək. (Haram)

12-Tualetdə üzü qibləyə oturmaq. (Haram)

13-Yuxunu nəql edərkən yalan danışmaq. (Haram)

14-Cənabətli halda məsciddə oturmaq. (Haram)

15-Qəzəblənmək və başqaları ilə əlaqəni kəsmək. (Məkruh)

16-Təkəbbürlə yol getmək. (Məkruh)

17-Qadının mehriyyəsi barəsində zülm etmək. (Haram)

18-Şəhadəti gizləmək. (Məkruh)

19-Qonşuya əzab-əziyyət vermək. (Haram)

20-Yoxsul bir müsəlmanı təhqir etmək. (Haram)

21-Naməhrəmə baxmaq. (Haram)

22-Əza məclislərində qadının növhə deməsi və ona qulaq asmaq. (Qadınların bu işi etməsi məkruh işdir amma kişilərin qulaq asması haramdır)

23-Fırıldaqçılıqla məşğul olmaq və insanları aldatmaq. (Haram)

24-Həyat yoldaşına əzab-əziyyət vermək. (Haram)

25-Pis işləri kiçik saymaq, nəzərə kiçik gəlsə də belə. (Məkruh)

26-Heyvanın ayaqlarını (çubuqla) vurmaq.(Məkruh)

27-Ev əşyalarını qonşudan əsirgəmək. (Məkruh)

28-Meyvəni yetişməmişdən qabaq satmaq. (Məkruh)

29-Cənabət halında yemək.  (Məkruh)

30-Hamamda misvak vurmaq. (Məkruh)

31-Ağız və ya burun suyunu məscidə atmaq. (Məkruh)

32-Məscidi keçid yolu qərar vermək. (Məkruh)

33-Yola və barlı ağacın altına bövl etmək. (Məkruh)

34-Suya bövl etmək. (Məkruh)

35-Bal arısını öldürmək. (Məkruh)

36-Allahdan qeyrisinə and içmək. (Məkruh)

37-İmam cümənin xütbə oxuduğu vaxt söhbət etmək. (Məkruh)

38-Misdən, yaxud dəmirdən düzəldilmiş üzük taxmaq. (Məkruh)

39-Heyvanlar kimi su içmək. (Məkruh)

40-Yeyməyi isti-isti yemək. (Məkruh)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..