Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 İyun 13:50
Şərh Yoxdur
1805

Peyğəmbərimizin (s) Əbul-Qasim künyəsinin batini mənası vardır

Məsumların (ə) ləqəb və sifətlərinin zahiri mənalarından əlavə, bir hikməti vardır. Biz bu kəlmələri dilimizə gətirməklə yanaşı, bu kəlmələrin batinini və ifadələrin hikmətini düşünməyə səy etməliyik.

Bir şəxs İmam Sadiqdən (ə) soruşdu: “Niyə Həzrət Peyğəmbərə (s) Əbul-Qasim deyirlər?”

İmam (ə) buyurdu: “Çünki Həzrətin Qasim adında bir övladı var idi. O, Qasimin atası olduğuna görə ona Əbul-Qasim deyilir.”

Həmin şəxs dedi: “Biz bu mənanı bilirik. Bir az daha aydın izah edin, niyə Həzrətə Əbul-Qasim deyilir?”

İmam (ə) buyurdu: “Çünki Həzrət Əli (ə) cənnət və cəhənnəmi bir-birindən ayırandır, yəni Qasimdir. [1] Qiyamətdə o Həzrət cəhənnəmlik olanları cəhənnəmə tərəf, cənnətlik olanları isə cənnətə tərəf çağıracaq. Deməli, Əli-Qasimdir. Allah-Təala onu kiçik yaşlarından Həzrət Peyğəmbərə (s) verdi, o da Əliyə o zamandan təlim-tərbiyə verərək ona müəllimlik etdi. Əli (ə) Həzrət Peyğəmbərin (s) tələbəsi oldu. Hər bir tələbə öz ustadının oğlu sayılır. Ustadın da atalıq haqqı vardır. Deməli, Əli (ə) onun övladı kimidir. Buna görə də Həzrət Peyğəmbərə (s) Əbul-Qasim deyirlər.” [2]

“Əbul-Qasim”adının bu cür məna təfsir edilməsi bu adın hikmətindən biridir və hər kəs bunu anlamayıb təfsir edə bilməz.

Elm və əməldə kamil olan mərhum Şeyx Məhəmmədtəqi Amuli bir gün bu hədisi nəql etdi və ardından buyurdu ki, əsgər bunu İmamdan soruşan şəxsin sinəsi (dərki) daha geniş olsaydı və yenə soruşsaydı, bu zaman İmam ona başqa bir hikməti də deyərdi.

 

www.ahliman.info

[1] Qasim – bölən , ayıran deməkdir – Red.

[2] «Məanil-axbar» səh. 52, hədis 3.

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..