Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Noyabr 10:40
Şərh Yoxdur
4401

Peyğəmbərimiz (s): “Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin”

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər! Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin, amma düşmənlərimin mal və övladlarını çox etsin”.

İşarə edildiyi kimi, nemətlərin çoxluğu əksər insanların dünyaya ürək bağlamalarına səbəb olur. Onların həddən artıq dünyaya bağlanmalarının qarşısını almaq üçün yaxşı olardı ki, öz ehtiyacları həddində imkanlara malik olub, dünya nemətlərindən ehtiyacları həddində bəhrə götürəydilər. Buna görə də, Peyğəmbər (s) öz dostlarına ürəyi yandığı üçün Allahdan ehtiyacları həddində onların ruzisini yetirməsini rica edirdi. Bundan artığı əgər onları israfa, əyri yollara aparıb çıxaracaqsa, olmaması daha yaxşıdır. Bunun əksinə olaraq, Allahdan düşmənlərinin malının, övladının artmasını xahiş edir. Həqiqətdə, Allah düşmənlərinin sərmayəsinə artım bəxş etmək ilahi bir qayda olub, «istidrac qanunu»dan götürülmüşdür. Yəni Allah-təala kafirlərə o qədər maddi nemət və dünyəvi imkanlardan istifadə fürsəti verər ki, onlar dünyaya qərq olduqları üçün küfr və üsyanları get-gedə artar və nəticədə də onlara veriləcək əzab daha şiddətli, daha artıq olar. Əlavə olaraq, bu yolla onların dünyəvi nigarançılıqları, narahatlıqları da artar. Allah düşmənləri üçün bu dünyada bundan da artıq əzab nə ola bilər ki, dünyanın gözqamaşdırıcı zinətləri arasında qərq olmaqla, Allahın tovfiq və inayəti onların üzərindən götürülür. Gündən-günə küfrün yeni mərhələlərinə qədəm qoyur, quduraraq azğınlaşırlar. Bu barədə Allah-təala buyurur:

“Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!”[1].

Başqa bir yerdə buyurur:

“(Ya peyğəmbər!) Münafiqlərin nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah yalnız münafiqlərə əzab vermək, kafir olduqları halda canlarını almaq istəyir”[2].

Allah, möminlərin gözlərini dünya sərvətinə dikməməsi və dünya əhlinin həsrətini çəkməməsi üçün buyurur:

“Kafirlərin bəzi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma (və ya gözünü dikmə, çünki bunların arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir), onlar iman gətirmədiklərinə görə, kədərlənmə (yaxud onlara verdiyimiz sərvətə görə qəmgin olma, axirətdə səni daha böyük nemətlər gözləyir). Möminləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub, yumşaq davran və onları himayə et”[3].

İmam Əli (ə), ondan «xeyir»in mənası haqqında soruşana belə cavab verir: “Xeyir və yaxşılıq o demək deyil ki, malın və övladın artıb çoxalsın. Xeyir və yaxşılıq odur ki, sənin elmin artsın, səbrin və helmin qüvvət tapsın. Xalqın gözündə ibadətinlə yüksəlməyə çalış”.

Əgər yaxşı rəftar etdinsə, (bunun üçün) Allahına şükr et, yox əgər, pis rəftar etdinsə, Allahdan bağışlanmağını dilə. Dünyada yaxşılıq iki kəsin xüsusiyyətidir:

1. Etdiyi günahı tövbə etməklə yuyan şəxs;

2. Yaxşı işlərdə qabağa düşən, öncül şəxs.

 

www.ahliman.info

[1] «Ali-imran» surəsi, ayə 178.

[2] «Tövbə» surəsi, ayə 55.

[3] «Hicr» surəsi, ayə 88.

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..

Cismlərinin qidalanmasında ciddi və diqqətlidirlər, amma…

İmam Həsən (ə) buyurmuşdur: عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ... Davamı..

Yarışın finalı

İmam Həsəni-Müctəba (ə) FİTR bayramı günü oynayan, zarafatlaşan və gülən bir qrup insanı görərkən buyurdu: إنّ اللّه جعل شهر رمضان مضمارا لخلقه،... Davamı..