Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 İyul 09:48
Şərh Yoxdur
2528

Peyğəmbərimizə (s) ən çox bənzəmək istəyənin xüsusiyyətləri

İmam Səccad (ə) buyurur: “Hər kimin bu dörd sifəti olar, imanı kamil və günahları bağışlanmış olar. Allahla o halda görüşər ki, ondan razı olar.

1. Özünə hakim olmaq və İlahi təqva sifətidir ki, gözlənti olmadan və gözə girmək (niyyəti) olmadan insanlara xidmət etmək.

2. Həyatının bütün sahələrində insanlara qarşı düz danışan və sədaqətli olmaq.

3. Bütün dini və ürfi çirkinliklərə qarşı pak ətəkli və həyalı olmaq.

4. Ailəsi ilə xoş əxlaq və xoş rəftar olmaq”.

 

Həqiqi möminin nişanələrini tanıdan hədisdə İmam Sadiq (ə) buyurur: “(Mömin) dində güclüdür. Mülayim olması ilə yanaşı, həm də uzaqgörəndir”. (Həvzəh/Deyerler)

 

İnsana nicat verə bilən xüsusiyyətlərin açıqlayan hədisdə İmam Səccad (ə) buyurur: “Üç şey insanın nicatına səbəb olar:

1. Dilini insanların qeybətindən və (onlara görə) pis sözlərdən saxlamaq.

2. Özünü o işlərlə məşğul etmək ki, dünya və axirət üçün faydalıdır.

3. Həmişə xata və səhvlərə görə narahat və ağlayan olmaq”.

 

Digər hədisdə Peyğəmbərimizə (s) ən çox bənzəyən insanlar tanıdılır.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizi özümə ən çox bənzəyən şəxslə tanış edimmi?”. Deyirlər: “Bəli, ya Rəsulallah!”.

Həzrət (s) buyurur: “Hər kim xoş əxlaq, mülayim, qohumlarına qarşı yaxşılıq edən, din qardaşlarını sevən, haqqa səbirli, qəzəbini yatızdıran və güzəşt edən olarsa həmin şəxs mənə ən çox bənzəyən insandır”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..