Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Dekabr 09:08
Şərh Yoxdur
4418

Peyğəmbər (s) və Əhli-Beytinin (ə) xüsusi davamçıları cənnətdə harada sakin olacaqlar?

“Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!”. (“Tövbə” 72).

Bu ayədə adı çəkilən cənnəti-ədn behiştin o bağlarıdır ki, Həzrət Peyğəmbər (s), Əhli-Beyt (ə) və onların xüsusi davamçıları orada sakin olacaqlar. Bəs bu bağlar behiştin hansı hissəsindədir?

Quranda cənnəti-ədnə işarə edən bir çox ayə vardır. O cümlədən: “Onların daxil olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır. Orada onlar üçün istədikləri hər bir şey vardır”. (“Nəhl” 31).

Adından da göründüyü kimi, bu behişt bağları əbədi məkanlardır və ona görə də behiştin başqa bağlarından daha üstün hesab olunur.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Ədn – Allahın o evidir ki, heç bir göz onu görməmiş, heç kəsin fikrinə düşməmişdir. Onda ancaq üç dəstə sakin olacaqdır: peyğəmbərlər (ə), siddiqlər və şəhidlər. Allah buyurur: “Xoş olsun o kəslərin halına ki, ora daxil olacaqlar””.

Həzrətdən (s) gələn başqa hədisdə oxuyuruq: “Hər kim həyatının mənim kimi və ölümünün mənim kimi olmasını istəyirsə və Allahın behiştdə mənə vəd etdiyi cənnəti-ədndə sakin olmaq istəyirsə – gərək Əli İbn Əbutalibi (ə) və ondan sonrakı övladlarını sevsin”.

Bu hədislərdən də göründüyü kimi, cənnəti-ədn behiştin elə bir üstün bağıdır ki, orada ancaq Allahın xas bəndələri sakin olacaqlar və digər kəslərin ora daxil olmağa ləyaqəti olmayacaqdır.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..