Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Aprel 12:59
1 Şərh
4288

Peyğəmbərin (s) oğlu dünyasını dəyişəndə, 3 şəri hökm bəlli oldu

İmam Musa Kazım (ə) buyurub: “Peyğəmbərin (s) oğlu İbrahim 17 aylığında dünyasını dəyişən zaman, müsəlmanlar üçün 3 sünnət müəyyən oldu. İbrahim ruhunu tapşıran zaman günəş tutulması olmuşdu. İnsanlar deyirlər ki, günəş tutulması Peyğəmbərin (s) oğlunun vəfatı ilə bağlıdır. Peyğəmbər (s) bu sözləri eşidib, minbərə çıxdı və buyurdu: “Ay və günəş tutlması iki İlahi nişanədir ki, Allah Təalanın əmri ilə həyata keçər. Heç kimin həyatı və ölümü ilə əlaqədar deyildir. Nə zaman belə hadisə baş versə, ayət namazı qılın”.

Minbərdən aşağı düşür və insanlarla bir yerdə ayət namazı qılır. Sonra İmam Əliyə (ə) buyurur: “Oğlum İbrahimə qüsl ver və kəfənlə ki, dəfnə hazır olsun”. İbrahimi dəfn etmək istəyəndə insanlar deyir: “Allahın Peyğəmbəri (s) qəm və qüssəyə görə meyyit namazını qılmağı unutdu”. İnsanların səsi Həzrətə (s) çatan zaman yerindən qalxır və buyurur: “Cəbrayil (ə) məni sizin sözlərinizdən agah edir. Allah sizə beş namazı beş vaxtda vacib etmişdir. Hər bir namazın yerinə də ölülər üçün bir təkbir deyilməsini buyurmuşdur. O ölülər ki, onlara namaz vacibdir – həddi-büluğa çatan insanlardır”.

Sonra buyurdu: “Ey Əli! Qəbrə daxil ol və oğlum İbrahimi ora qoy”. Həzrət Əli (ə) İbrahimi qəbrə qoyan zaman insanlar dedilər: “Bir daha heç kəs gərək övladını qəbrə qoymasın, çünki Peyğəmbər (s) belə etmişdir”. Həzrət Peyğəmbər (s) buyurdu: “Əgər kimsə ölmüş övladını qəbrə qoyar, haram deyildir. Bir şərtlə ki, şeytanın onun imanını almayacağından əmin olmalıdır, taqətsizlik etməməlidir. Dilinə küfredici sözlər gətirməməlidir””.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..