Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Aprel 13:52
Şərh Yoxdur
2034

Peyğəmbərimizin (s) nəzərində ən yaxşı ev

Əziz Peyğəmbərimiz (s) həmişə yetimlərə qarşı şəfqətli və mehriban olmuş, öz buyuruşlarında davamçılarını da bu əmələ dəvət etmişdir.

 

Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar.

 

Həzrət (s) buyurur: “Sizlərin ən yaxşı evi – o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər”.

 

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar – Allah Təala behişti ona vacib edər”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yetimin himayəsini öhdəsinə götürər və onu öz evinə aparar, yeyəcək və içəcəklərdə öz şəriki edər – onun mükafatı behişt olar. Məgər o halda ki, bağışlanılmayan günaha düçar olmazsa”.

 

İmam Əli (ə) buyurur: “Yetimi elə tərbiyə et ki, necə öz övladını tərbiyə edirsən. Cəzalandıran zaman onu o şeylə vur ki, övladını vurursan”. (Deyerler.org)

 

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Hər kim yetimin başına nəvaziş əlini çəkərsə, əlinin altından keçən hər tükün sayına görə Allah ona bir neçə qat həsənə mükafat verər”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..