Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Mart 19:59
Şərh Yoxdur
2285

Peyğəmbərimiz (s) hansı rəngdə, hansı uzunluqda, hansı materialdan paltar geyinirdi?

“«Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə, təqva libası daha yaxşıdır». Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar”. (“Əraf” 26).

 

İslam dini hər bir sahədə qayda və qanunlar təyin etdiyi kimi, geyim mövzusunda da qaydalar təyin etmişdir ki, onlara işarə edək:

1. Qadın və kişi paltarı. Kişilərin qadın və qadınların da kişi paltarı geyinməsi caiz deyildir. Ancaq müştərək paltarların geyinilməsində bir çətinlik yoxdur.

2. Bəzənmək və pakizə olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Allah gözəldir və gözəlliyi sevir. Bağışlayandır və bağışlamağı sevir. Pakizədir və pakizəliyi sevir”.

İmam Əli (ə) buyurur: “Bəzənmək – möminlərin əxlaqındandır”.

3. Özünü kafirlərə bənzətməmək. Məsumlarımız (ə) bizləri geyimdə özümüzü kafirlərə bənzətməyimizi qadağan etmişdilər. İmam Əli (ə) buyurur: “Az görünmüşdür ki, kimsə özünü bir qövmə bənzətsin və yavaş-yavaş onun kimi olmasın”.

4. Paltarın keyfiyyəti. Paltar elə bir şeydir ki, insanı təkəbbürə tərəf çəkə bilir. Bəzi paltarlar isə insanı həqir edə bilir. O paltar ki, çox uzundur və yerə dəyir – təkəbbürə səbəb olur. Peyğəmbər (s) bu mövzuya özü riayət edər və ayağının üstünə dəyən uzunluqda paltardan qeyrisini geyinməzdi.

5. Paltarın cinsi. İmam Əli (ə) buyurur: “Pambıq paltarlar geyinin. Çünki o Allahın Peyğəmbərinin (s) paltarıdır”. (Beytutə/Deyerler)

6. Paltarın rəngi. Əziz Peyğəmbərin (s) ən sevimli rəngi – yaşıl rəng idi. Həmçinin ağ rəngi sevərdi. Həzrət (s) buyurmuşdur: “Yaşayan zaman ağ paltar geyinin, ölülərinizi də ağ parça ilə kəfənləyin”.

Həzrət Peyğəmbərin (s) sevmədiyi rəng – qırmızı rəng idi.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..