Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Dekabr 16:45
Şərh Yoxdur
4215

Peyğəmbərimiz (s) bizə təmizlik, ətirlənmək, dişlərə qulluq etməkdə nə kimi sünnət qoymuşdur?

Həzrət Peyğəmbər (s) bütün bəşər üçün bir örnək və nümunədir. Həmçinin Həzrətin (s)  bəzənmək və gözəlliyə diqqət etməsi də onun sünnətindən götürməli olan örnəklərdəndir.

Əgər Həzrətin (s) həyat tərzinə diqqət etsək, görərik ki, insan cəmiyyət içinə çıxan zaman nələrə diqqət etməli və necə olmalıdır.

Həzrətin (s) təmizliyi və pakizəliyi.

Hər kəs bilir ki, gözəlliyin ilk addımı – təmizlik və nəzafətdir. Həzrət Peyğəmbər (s) buyurur: “Pakizəlik – imanın bir hissəsidir”.

Həzrət (s) başqa yerdə buyurur: “Allah Təala çirkli və səliqəsiz şəxsi düşmən bilir”.

Ona görə də hər kim özünü Peyğəmbərin (s) davamçısı hesab edirsə və onun yolu ilə getmək istəyirsə, gərək ilk addımda təmizliyinə diqqət etsin.

Həzrət (s) başının tüklərini sədr ağacının yarpaqları ilə yuyardı və üzərinə bönövşə yağı çəkərdi. Adəti belə idi ki, aynaya baxar və saçlarını nizama salardı. Bəzən də bu işi suya baxaraq edərdi. (Tebyan/Deyerler)

Dişlərin təmizliyi də Həzrətin (s) sünnətindəndir. O, həmişə yatmazdan əvvəl misvak edərdi və yatan zaman misvakı yatağının yanına qoyardı.

Yuxuda ayılan zaman ilk gördüyü iş – misvak etmək olardı.

Həzrət (s) hər cümə günü dırnaqlarını tutar və saqqalının tüklərini sahmana salardı. O, kişilərə tövsiyə edərdi ki, dırnaqlarını tutsunlar. Qadınlara isə icazə verərdi ki, zinət üçün dırnaqlarını bir qədər saxlasınlar. Qadınlara icazə verərdi ki, saçlarını boya ilə boyasınlar. Ərli qadınlara tövsiyə verərək, buyurardı: “Özünüzü rənglə ərləriniz üçün bəzəyin”. Ərsiz qadınlara buyurardı ki, əllərinə xına yaxsınlar ki, əlləri kişi əlinə oxşamasın.

Ətirdən istifadə etməsi.

Əgər Peyğəmbərin (s) həyat tərzinə nəzər salsaq ,görərik ki, Həzrətin (s) ətir üçün xərclədiyi pul, yeməyi üçün xərclədiyindən daha çoxdur.

Həzrət (s) həmişə ətirdən istifadə edərdi. Nə zaman bir yol ilə getsə idi, ondan sonra ətri uzun müddət qalardı. Həzrət (s) ətirlə bağlı buyurur: “Qadın ətirləri gərək xoş rəng və mülayim iyli olsun. Kişi ətirləri isə gərək rəngsiz və tünd iyli olsun”.

Bir gün bir nəfər Peyğəmbərin (s) evinə gəlir və Həzrət (s) həmişəki qaydası ilə özünə aynada baxır və üzünü, saçlarını sahmana salır.

Aişə Həzrətə deyir: “Ey Rəsulallah! Sən Adəm övladlarının ən üstünü və Allahın peyğəmbərisən. (Niyə) Su qabının qarşısında dayanırsan və saçının, üzünün tüklərini səliqəyə salırsan?”. Həzrət (s) buyurur: “Ey Aişə! Allah sevir ki, nə zaman bəndəsi qardaşını görmək üçün evindən çıxar, özünü bəzəsin və səliqəyə salsın”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah gözəldir və gözəlliyi sevir. İstəyir ki, bu nemətin təsirini Öz bəndəsində görsün”.

Bəli, gözəllik həmin bu yoldur ki, Peyğəmbər (s) bizlərə öz həyat tərzi ilə öyrətmişdir və necə də yaxşı olardı ki, mömin bəndələr bu yoldan xaric olmasınlar.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.

Bu gün qəməri təqvimi ilə rəbiüs-sani ayının 10-u yeddinci İmam Musa Kazımın (ə) qızı xanım Fatimeyi-Məsumənin(s.ə) vəfat günüdür. İmam Rza (ə) bir... Davamı..

8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) ŞƏXSİYYƏTİ Adi: Cəfər; Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq; Künyəsi: Əbu-Əbdillah; Atası: imam Mühəmməd Baqir... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət... Davamı..

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..