Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
31 İyul 14:05
Şərh Yoxdur
2899

Peyğəmbəri-Əkrəm (s): “İnsanın Allah qarşısında günah etməsinin altı səbəbi var”

Bu yolun ən böyük maneələrindən biri maddi və dünyəvi bağlılıqlardır. O cümlədən, mal-dövlətə, həyat yoldaşına, övladlara, evə, həyat-məişət vasitələrinə, mənsəbə, məqama, rəyasətə, ata-anaya, qardaşa, bacıya, hətta elm və biliyə olan bağlılıq buna misal ola bilər. Bu cür bağlılıqlar insanı mənəvi yüksəliş yolundan və hərəkətdən saxlayır.

İmam Cəfər Sadiq (ə) buyurur: Dünyaya məhəbbət bütün günahların mənşəyidir.”[1]

Peyğəmbəri-Əkrəm (s) buyurur: İnsanın Allah qarşısında günah etməsinin altı səbəbi var: Dünyaya bağlılıq, rəyasətə bağlılıq, qadına bağlılıq, yeməyə bağlılıq, yatmağa bağlılıq rahatlığa bağlılıq.”[2]

İmam Cəfər Sadiq (ə) buyurur:Bəndənin Allahdan ən uzaq olan vaxtı odur ki, qarnını doyurmaqdan, şəhvət hisslərini min etməkdən başqa bir məqsədi olmasın.”[3]

Peyğəmbəri-Əkrəm (s) buyurur:İnsan imanın şirinliyini yalnız o zaman dada bilər ki, dünya yeməklərinə etinasız yanaşsın.”[4]

Deməli, təkamül yolçusu bu əlaqə və bağlılıqları öz qəlbindən çıxarmalıdır ki, yüksək mənəvi, ilahi məqamlara doğru hərəkət etmək onun üçün müyəssər olsun. Dünya işlərinin fikrini qəlbindən çıxarsın ki, onun yerinə Allahın zikri keçsin.

Qeyd olunmalıdır ki, hədislərdə məzəmmət olunan şey dünyəvi işlərin özləri yox, onlara qəlbən bağlılıq və ona məftun olmaqdır. Təkamül yolçusu sair insanlar kimi, öz həyatını davam etdirmək üçün yeməyə, geyməyə, məskənə, həyat yoldaşına ehtiyacı var və bu kimi ehtiyacları o, hökmən təmin etməlidir.

Nəslin davam etməsi üçün insan evlənməlidir, cəmiyyətin həyatını idarə etmək üçün müəyyən ictimai məsuliyyətləri qəbul etməlidir. Məhz buna görə də müqəddəs islam şəriətində bunların heç biri məzəmmət olunmamışdır, əksinə, onların hər biri qürbət qəsdi ilə yerinə yetirilərsə, ibadət hesab olunur və insanı Allah dərgahına yaxınlaşdırır. Bunların özləri insanın mənəvi yüksəlişinə maneə, Allahın zikrindən qafilliyə səbəb olmaz. Maneə bu kimi dünyəvi işlərə bağlılıq və məftun olmaqdır. Əgər bu işlər həyatda əsas məqsədə çevrilsə, insanın bütün fikrini-zikrini özünə məşğul etsə, onda bunun ardınca Allahdan qafil olmaq gəlir. Pulpərəstlik, qadın və vəzifə düşkünlüyü, məqampərəstlik, elmpərəstlik məzəmmət olunur və insanı Allah dərgahına seyr etməkdən saxlayır, amma pul, məqam, elm özü isə öz-özlüyündə belə deyildir.

Məgər Peyğəmbəri-Əkrəm (s) Əmirəl-möminin (ə), İmam Səccad (ə) və sair imamlar (ə) çalışıb fəaliyyət etmir və ilahi nemətlərdən bəhrələnmirdilərmi? Bu da islamın ən böyük məziyyətlərindən biridir ki, həm dünya, həm də axirət işləri üçün müəyyən hədd-hüdud təyin etmişdir.

 

www.ahliman.info

[1] “Biharul-ənvar”, 73-cü cild, səh.90

[2] “Biharul-ənvar”, 73-cü cild, səh.94

[3] “Biharul-ənvar”, 73-cü cild, səh.18

[4] “Biharul-ənvar”, 73-cü cild, səh.49

 

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..