Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 İyul 15:30
Şərh Yoxdur
4325

Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsarinin yeddi yuxusunu mənalandırması

Cənnətül-Aliyyə kitabında mötəbər mənbələrdən Həzrət Əli (ə)-dan rəvayət olunub ki, bir gün Həzrəti Rəsuli-Əkrəm (s) öz səhabələrinin arasında oturub ağlıyırdı. Səhabələr o həzrətdən (s) Ya Rəsulallah! Nə üçün ağlayırsan deyə soruşduqda həzrət buyurdu: Bu saat Cabir ibn Abdullah Ənsari gələcək və gördüyü yeddi yuxunun yozumunu məndən soruşacaq. Cabirin yuxuları məni ağlatdı. Elə bu söhbət əsnasında Cabir gəlib çıxdı. Həzrət (s) buyurdu: “Ya Cabir! Gördüyün yuxuları deyirsən? Yoxsa mən bəyan edim?”

1-Cabir ərz etdi: Canım sənə fəda olsun Ya Rəsullallah! Siz bəyan edin. Həzrət (s) buyurdu: “Ya Cabir! Birinci yuxuda gördün ki, Zərdli bütlər gümüşdən düzəldilmiş taxtlarda oturublar.” Ərz etdi: Elədi ki var Ya Rəsullallah! Həzrət (s) buyurdu: “Yozumu budur: Axirəz-zamanda kafirlər müsəlmanlara qalib gələrlər.

2-İkinci yuxuda gördün ki, kök inəylər otlayırlar, lakin heçnə ifraz etmirlər. Cabir ərz etdi: Elədir ki, var Ya Rəsullallah! Həzrət (s) buyurdu: “Yozumu budur ki, mənim ümmətim üçün bir zaman gələr zalım padişah onların mal-dövlətini zülm ilə mənimsiyər və xeyir işlərdə xərcləməz.

3-Üçüncü yuxuda gördün ki, kök atlar otlayır, amma heçnə ifraz etmirlər. Cabir ərz etdi: Elədir ki, var Ya Rəsullallah! Həzrət (s) buyurdu: “Yozumu budur ki, Mənim ümmətim üçün bir zaman gələr imkanlılar və varlı adamlar Allahın malını yeyər, yoxsulları məhrum edərlər.

4-Dördüncü yuxuda gördün ki, böyük bir hovuz var, lakin onda su yoxdur. Bununla belə onun ətrafında çoxlu yaşıl otlar bitmişdir. Cabir ərz etdi: Bəli, elədir ki, var Ya Rəsullallah! Həzrət buyurdu: “Yozumu budur ki, ümmət arasında çoxlu alimlər tapılar, hündür kürsülərdə oturub gözəl danışar və gözəl bilərlər, ancaq özləri ona əməl etməzlər.

5-Beşinci yuxuda gördün ki, Xəstələr sağlam insanların başına yığışıblar. Cabir etdi: Elədir ki, var Ya Rəsullallah! Həzrət (s) buyurdu: “Yozumu budur ki, o zamanın yoxsulları xəstə, imkanlıları da sağlam hesab olunurlar. Yoxsullar öz hüquqlarını almaq üçün onların saraylarının qapısının ağzına yığışırlar.

6-Altıncı yuxuda gördün ki, göydən ağ bir parça asılıb. Hər kəsin də əlində o parçadan bir qədər vardı. Onlardan hər biri mənim əlimdəki parça başqalarının parçasından daha yaxşıdır deyir. Cabir ərz etdi: Elədir ki, var Ya Rəsullallah! Həzrət (s) buyurdu: “Yozumu budur ki, ümmətim məndən sonra 73 firqəyə bölünür. Yalnız mənim Əhli-Beytimin (ə) yolu olan bir firqə həqq üzrə olar. O biri təriqətlər isə batil, ziyankar və həlakətdə olarlar. Bununla belə o məzhəblərdən hər birinin ardıcılı mənim məzhəbim başqalarının məzhəbindən yaxşıdır. Mən haqqam, başqaları isə batildirlər, deyər.

7-Yeddinci yuxuda gördün ki, bir yuvada çoxlu göyərçin var. Birdən ağ bir gövərçin gəlib digər gövərçinləri yuvadan çıxartdı. Cabir ərz etdi: Elədir ki, var Ya Rəsullallah! Həzrət (s) buyurdu: “Yozumu budur ki, o ağ göyərçin axirəz-zamanda zühur edənİmama işarədir. Onun adı mənim adımla, künyəsi də mənim künyəmdə eynidir. İnsanların hamısı onun əli ilə haqq dinə daxil olarlar. O batil məzhəblərin hamısı məhv edib haqq dininə rəvac verəcək.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..