Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 May 15:08
Şərh Yoxdur
4710

Oruc tutmağın orqanizmə faydası barədə

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız”

İnsanın mədəsi onun xəstəliklər evidir. Yeməkdən pərhiz etmək də onu müalicə etmək deməkdir. Tibb elminin inkişaf etməsi ilə bəzi həkimlər və mütəxəsislər başa düşüblər ki, günün bir hissəsinin tam ac qalmağın xəstəliklərə çox faydası vardır. Bu, xəstəlikləri müalicə etməyin ən gözəl vasitəsidir.

Həkim rəylərindən birində deyilir: “Oruc vasitəsilə xəstəliyi müalicə etmək o qədər möcüzəlidir ki, tibbin əməli yollarını dəyişdirir. Çünki oruc tibb elminə yeni yol açır. O, xəstəliklərlə mübarizə silahıdır. Bu, elə bir silahdır ki, müxtəlif yollarla ondan istifadə etmək olar. Xəstəliklərlə mübarizədə yaxşı nəticələr verir”.

Bəli, oruc vasitəsilə bir çox xəstəlikləri müalicə etmək olar.

Diqqət etrmək lazımdır ki, bəzi qısadüşüncəli insanların dediklərinin əksinə olaraq, orucun insan üçün heç bir zərəri yoxdur. Əgər kimsə xəstə olarsa, bu vacibatı yerinə  yetirməkdən azaddır. Ancaq əgər oruc tutarsa və xəstəliyi daha şiddətlənərsə, haram iş görmüş olar.

Sağlam insan bilməlidir ki, oruc nəinki onlara ziyan deyil, əksinə  sağlamığın rəhnidir. Oruc tutmayan bəziləri deyirlər ki, oruc mədənin zədələnməsinə səbəb olur. Bu sözlərə fikir vermək lazım deyildir. Bu ancaq nəfsinin qulu olan insanların bəhanəsidir.

Oruc tutan insanın mədəsi istirahət edər. Oruc tutan insanın mədəsi başqa insanlara nisbətən daha sağlam olar.

Orucla müalicə edilən xəstəliklər.

1. Bağırsaq xəstəliklərinin müalicəsində. Bu xəstəlik zamanı  iki yemək arasında su içməmək çox xeyirlidir.

2. Hərəkətsizlikdən və çox yeməkdən yaranan ağır çəki. Bu xəstəlik zamanı da oruc tutmaq və gündə cəmi iki dəfə yemək yemək və səhər vaxtı su içmək  çox faydalıdır.

3. Qan təzyiqinin yüksək olması. Bu xəstəlik çox yemək nəticəsində daha da şiddətlənir. Bərəkət və nemət ayı olan Ramazan ayında xüsusilə də əgər çəki normadan çoxdursa, oruc bu xəstəliyə yaxşı təsir qoyacaqdır.

4. Şəkər xəstəliyi. Bu xəstəlik də çox yemək nəticəsində  artar. Bu insanın əgər çəkisi normadan artdıqdırsa, ona çox müsbət təsir edəcəkdir. Belə ki, şəkər xəstəsində yemək yeyəndən 5 saat sonra şəkərin səviyyəsi təbbi normadan aşağı düşəcəkdir. Hətta əgər xəstə insulin vurarsa belə, oruc onun şəkərini müalicə edər.

5. Xroniki böyrək iltihablarına.

6. Ürək xəstəliklərinə.

7. Xroniki oynaq iltihablarına. Bəzi insanlar 40 yaşından sonra ağır çəkidən əziyyət çəkirlər. Ona görə də  oruc tutmaq onlara faydalıdır.

Ancaq o insanlar ki, sağlamdırlar, oruc onlar üçün bu cür xəstəliklərin qarşısını alan bir vasitədir. Başqa bir tərəfdən isə bütün bu xəstəliklər insanda tədricən büruzə verir. Onu ilk vaxtlarda müəyyən etmək çox çətin olur. Belə ki, nə insanın özü, nə də həkim bu xəstəlikləri ilk əvvəldə müəyyən edə bilmirlər. Düzdür, tibb inkişaf etmişdir, ancaq hələ o həddə deyildir ki, xəstəliklərin nə üçün yarandığını söyləyə bilsin. Ancaq tibbi cəhətdən bu xəstəliklərin qarşısının alınmasının ən gözəl yolu orucdur.

Statistika göstərir ki, o zaman ki, bədəndə piylənmə baş  verir və insanın çəkisi normadan artıq olarsa, qan təzyiqi, şəkər xəstəliyi və oynaq iltihabı kimi xəstəliklərə tutlma şansı başqalarından daha çoxdur. Əgər bədəndəki artıq çəki oruc vasitəsilə dəf edilərsə, bu xəstəliklərə yoluxma şansı da azalar. İldə bir dəfə oruc tutmaq, İlahi vacibata əməl etməklə yanaşı bizi xəstəliklərdən hifz edə biləcək ən gözəl vasitədir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..