Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Aprel 13:36
Şərh Yoxdur
715

Orucun elə bir batini gücü vardır ki, insanı təbiət aləmi üzərində qalib edər

Ayətullah Cavadi Amuli buyurur:

Həyat yolunda müxtəlif çətinliklər qaçılmaz olduğuna görə bizə göstəriş veriblər ki, bu çətinliklər zamanı oruc tutaq. Yəni əgər biz hər namazda bir neçə dəfə «Ancaq Səndən kömək istəyirik» deməklə Allahdan yardım diləyiriksə, bunun cavabında Allah da bizə kömək etmək yolunu göstərir. Lakin siz «Kömək et!» deyincə biz kömək etmərik. Belə ki, əgər «Ancaq Səndən kömək istəyirik» deyiriksə, onun yolunu Quran bizə öyrədir:

وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاة

«Səbr və namazdan kömək diləyin».[1]

Ayədəki «səbr» kəlməsi oruc mənasında təfsir və tətbiq olunur. Bir hədisdə deyilir: «Bir nəfər çətinliklər üz tutarsa, (onu aradan aparmaq üçün) oruc tutsun!»[2]

Təkcə müharibə deyil, bütün başqa çətinliklər insanın qarşısına çıxdıqda, onu həll etmək üçün oruc tutmalıdır.

Oruc çətinliklərin həllində nə rol oynayır? Çətinliklər üzərində qələbə çalmaq üçün insanı hara aparır? Bu, sadəcə ac qalmaqdırmı? Orucun elə hikmətləri vardır ki, insan ruhunu yüksək məqamlara çatdırır. Uca ruh təbiətin fövqündə durur.

İnsan Allah üçün oruc tutur. Bütün işlər Allahın əlində olduğu üçün onun çətinliyini də həll edir. Dualarda deyilir: «Ey çətin işləri həll edən Allah[3]

Quran da buyurur:

فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ وَصَدَّقَ بِالْحُسْنَىٰ فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ

«Amma kim bəxş etsə və təqvalı olsa və Allahın vədlərini təsdiq etsə Biz onu tezliklə asan olan yola hazırlayarıq».[4]

Yəni biz düz yolda olanların işlərini asanlaşdırarıq. Bu ayədən sonra böyük peyğəmbərlərin həyatından nümunələr bəyan olunur. Həzrət Musa (ə) Allaha dedi:

وَيَسِّرْ لِي أَمْرِي

«İşimi mənə asanlaşdır».[5]

Cavabında Allah-Təala buyurur:

قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَىٰ

«Ey Musa, şübhəsiz, istədiklərinin hamısı sənə verildi».[6]

Yəni sən Fironun zülmünü aradan aparmaq üçün bizdən işlərinin asan olmasını istədin, biz də onu sənə verdik. Biz sənə istədiklərinin hamısını; qəlb genişliyi, bəyan, qardaşının sənə vəzir olmasını, risalətdə şərik olmasını, ona xüsusi vəhy verilməsini təmin etdik.

Həzrət Peyğəmbər (s) bu barədə də deyilir:

أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ وَوَضَعْنَا عَنْكَ وِزْرَكَ الَّذِي أَنْقَضَ ظَهْرَكَ وَرَفَعْنَا لَكَ ذِكْرَكَ

«Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? Və yükünün ağırlığını səndən götürmədikmi? Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü. Və adını sənin üçün ucaltdıq».[7]

Bütün bu yollar Quranda bizim ixtiyarımıza verilmişdir. Orucun elə bir batini gücü vardır ki, insanı təbiət aləmi üzərində Allahın izni ilə qalib edər.

 

www.ahliman.info

[1] «Bəqərə» surəsi, ayə 45.

[2] «Kafi» cild 4, səh. 63.

[3] Hikmət sahiblərinin kəlamlarında işlənən dualardan bir cümlədir.

[4] «Ləyl» surəsi, ayə 5-7.

[5] «Taha» surəsi, ayə 26.

[6] «Taha» surəsi, ayə 36.

[7] «İnşirah» surəsi, ayə 1-4.

Digər “Ramazan ” Xəbərləri

Ayətullah Amuli: “Bizim mübarək ramazan ayında ən böyük vəzifəmiz azad olmaqdır.”

Ayətullah Cavadi Amuli buyurur: Böyüklərimiz deyiblər: Oruc tutmaq çətin və ağır olsa da, Allahın buyurduğu «Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi... Davamı..

Sabah Fitr bayramıdır. Bayram gecəsinin və gününün əməlləri

Xəbər verdiyimiz kimi sabah may ayının 3-ü mübarək Fitr bayramıdır. Bu gün mübarək Ramazan ayının son günü və eləcə də bu gecə... Davamı..

İstihlal Mərkəzi: Sabah mübarək Ramazan ayının 30-cu günüdür

Bu gecə Ramazan ayının 29-dan 30-a keçən gecə, İstihlal Mərkəzi Şəvval ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-i  mübarək... Davamı..

Ayətullah Amuli: “Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər”

Ayətullah Cavadi Amuli buyurur: Bu vida ilə biz elə əziz bir dostdan ayrılırıq ki, onun ayrılığı dözülməzdir. Məna əhli olan üçün bu... Davamı..

Ayətullah Amuli: Qədr gecələrində ilahi elmləri öyrənməkdən üstün heçnə yoxdur

Ayətullah Cavadi Amuli buyurur: Peyğəmbər (s) zamanında o Həzrəti minlərlə insan görüb. Lakin onlar bir yana, Həzrət Əli (ə) bir yana. Deyilənə... Davamı..

Ayətullah Amuli: “Azad insan öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz”

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...” Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.   Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır: 1. Gün batarkən Qədr gecəsinin... Davamı..

İmam Səccad (ə): Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq

“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”. Biz bu ayda nə istəyəcəyimizi başa... Davamı..