Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Mart 17:33
Şərh Yoxdur
1898

Ölülər bir-birini görürlərmi?

Qurani-Kərimin və hədislərin nəzərinə görə, insan Qiyamətə düşməzdən əvvəl bərzəx adlı bir aləmdə yaşayar. Bu aləmdə olan ölülər öz əməllərinin bəhrəsinə çatarlar. Ya cənnətlik olarlar, ya da cəhənnəmdə cəza çəkərlər.

 

Bəs ölülər bərzəx aləmində bir-birini görürlərmi?

İmam Sadiq (ə) buyurur: “Möminlərin ruhları bir-birini tanıyarlar və söhbət edərlər. Təzə gələn ruh olan zaman deyərlər: “O, böyük qorxudan çıxmışdır və qoyun sakitləşsin”.

Sonra soruşarlar: “Filankəs nə edir?”.

Əgər desə ki, mən ölən zaman sağ idi, ümidvar olarlar ki, onların yanındadır. Əgər desə ki, məndən əvvəl ölmüşdür, deyər ki, əzaba düşmüşdür. Əgər təqvalılardan olsaydı, bizim yanımıza gələrdi””.

 

Kənnasi nəql edir: “İmam Baqir (ə) buyurmuşdur: “Allah behişti qərbdə xəlq etmiş və sizin Fərat çayınız oradan gələr.

Möminlərin ruhları hər gecə qəbirlərindən çıxarlar və onlar üçün düşən meyvələrdən yeyərlər.

Bir-biri ilə ğörüşərlər və bir-birini tanıyarlar. Səhər açılan zaman yerlə göy arasında olan səmada uçarlar və get-gəl edərlər. Günəş çıxan zaman öz qəbirlərinə çatarlar və havada bir-biri ilə görüşərlər və bir-birini tanıyarlar.

Allahın şərqdə cəhənnəmi vardır ki, ora kafirlər üçün xəlq edilmişdir. Gecəni orada zəqqum yeyərlər və səhər açılan zaman Yəməndə Bərəhut adlı yerə ki, dünyanın başqa yerlərindən daha istidir gedərlər və orada bir-biri ilə görüşərlər. Bir-birini tanıyarlar. Gecə olan zaman atəşə qayıdarlar. Qiyamət gününə qədər belə olar”.

 

İmam Sadiq (ə) buyurur: “Möminlərin ruhları bərzəxdə bir-biri ilə görüşərlər”.

Bu zaman bir nəfər deyir: “Görüşərlər?”.

İmam (ə) buyurur: “Bəli, bir-biri ilə söhbət edərlər və bir-birini tanıyarlar. Nə zaman kimisə görsən – deyərsən ki, filankəsdir”.

 

Həzrət İmam Sadiqdən (ə) soruşurlar: “Möminlərin ruhları haradadır?”.

Həzrət (ə) buyurur: “Möminlərin ruhları behişt mənzillərindədir. Oranın təamlarından yeyərlər və içəcəklərindən içərlər. Bir-birini görərlər və ziyarət edərlər”.

 

Soruşur: “Bəs kafirlərin ruhları haradadır?”.

Həzrət (ə) buyurur: “Kafirlərin ruhları atəşdədir və oranın yeyəcək və içəcəklərindən istifadə edərlər. Bir-birini görər və bir-biri ilə görüşərlər”. (Beytutə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..