Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 İyun 15:04
Şərh Yoxdur
3133

Ölmüş insanın ruhu gəlib, insanı narahat edə bilərmi?

Bu dünyada yaşayan insanların bəzisi yaxşı və bəzisi pis insanlardırlar. Ölən zaman da onların ruhlarını günahkar və mömin olaraq ayırarlar, behiştə və cəhənnəmə göndərərlər.

 

Bəzi film və kitab müəllifləri öz xəyal qüvvələrindən istifadə edərək, elə şeyləri insanlara təqdim edirlər ki, həqiqətdən uzaqdır. Bu filmlərdə dünyada avara halda qalan ruhlardan bəhs olunur. Bəs belə bir şeyin olması mümkündürmü?

 

Əgər hədislərimizə nəzər salsaq, görərik ki, Qiyamət bərpa olana qədər ruhların dünya ilə əlaqəsi mövcuddur. Bəzi ruhlar Allahın izni ilə dünyaya gələr və öz yaxınlarını görməyə çalışar, onların halından xəbər tutarlar.

 

Ancaq bu dünyada avara qalıb insanlara ziyan vuran ruhlar barəsində heç bir məlumat verilmir. Nə hədislərimizdə, nə də Quranda. Ona görə də açıq şəkildə deyə bilərik ki, ruhların insanlara ziyan vurması və bu dünyada avara qalması nəzəri – yanlış nəzərdir. Çünki Allah hər bir insanın ruhunu qəbz edəndən sonra onu bərzəx aləminə aparar. Bu dünyaya gələn ruhlar isə ancaq Allahın izni ilə gələrlər. Bu dünyaya Allahın izni ilə gələn ruhların isə başqalarına ziyan vurması mümkünsüzdür. Çünki ruhlar mücərrəd, insanlar isə maddidirlər. Uca Allahın xüsusi icazəsi olmadan, bu rabitələr baş tuta bilməz. Yəni, ruh özbaşına qalıb, kimisə narahat edə bilmir.

 

Hər bir halda deyə bilərik ki, bu işə ruhlar qadir deyildir. Onların ancaq müşahidə etmək haqları vardır.

 

Əgər kiməsə ziyan vurmaq imkanından danışsaq, daha çox şər cinlərin buna olan müəyyən imkanından söhbət gedə bilər. Bu cinləri tanımayan insanlar isə onları avara olmuş ruhlara bənzədirlər. (Hədənə/Deyerler)

 

Əlbəttə ki, müqəddəs dinimiz şər cinlərin də müdaxiləsindən müdafiə olunmaq imkanlarını təqdim edib.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..