Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Sentyabr 12:13
3 Şərh
4124

O kəs ki, namaz qılır, amma hicaba riayət etmir – möminə sayılırmı?

Mömin o kəsə deyilir ki, nübuvvət, imamət və məada etiqad bəsləyər və İslamın zəruri məsələlərini yerinə yetirər. O cümlədən: namazı, orucu, həcc və başqa ibadətləri. Ancaq müsəlman dedikdə o kəs nəzərdə tutulur ki, Allahın vahid olduğunu qəbul edir və Həzrət Muhəmmədi (s) peyğəmbər kimi tanıyır. (Deyerler.org)

Bəs o kəs ki, namaz qılır, ancaq hicabına riayət etmir – möminə sayılırmı?

O kəs ki, əməl meydanında hicabına riayət etmirsə, əslində günah işlətmiş olur. Əlbəttə, o, İslam dairəsindən xaric olmur, amma günahkar bir müsəlman hesab edilir. Hicab – dinimizin zərurətindən olduğu üçün ona bilərəkdən əməl etməmək – günahdır.

Şəhid Mütəhhəri bu haqda buyurur: “Qadına üz və iki əllərindən başqa qalan yerlərini bağlanması vacib buyurulmuşdur. Fiqhi cəhətdən bu hissələr zəruri örtülməli olan hissələrdir. İstər Quranın nəzərinə görə olsun, istərsə də hədislərin bu barədə nəzər ayrılığı yoxdur. Ona görə də hicaba riayət etməmək – İslamın zərurətinin əksinə əməl etməkdir və bu da günahdır. Hər kim bilərəkdən bu günaha düçar olar, kafir deyildir. Ancaq günahkar müsəlman hesab edilir”.

Əmirəl-möminin (ə) nəql edir: “Bir gün mən və Fatimə (s.ə) Peyğəmbərin (s) xidmətinə gəldik, ancaq daxil olan zaman gördük ki, Həzrət (s) şiddətlə ağlayır. Həzrətdən (s) soruşdum ki, nə olub ki, belə ağlayırsınız? Həzrət (s) buyurdu: “Merac gecəsində gördüm ki, mənim ümmətimin bəzi qadınları şiddətli əzaba düçar olublar. İndi yadıma düşdü və məni ağlatdı. Gördüm ki, bir qadın saçından asılmışdır və başının beyni qaynayır. Səbəbini soruşdum, dedilər ki, bu qadın saçlarını naməhrəmdən bağlamamışdır. Qadınlar gördüm ki, bədənlərinin ətini yeyirlər. Altlarında isə atəş yandırılıb və onlar o qadınlardır ki, dünyada özlərini naməhrəm kişilər üçün bəzəmişdilər””.

Bu hədislərdən belə nəticə çıxartmaq olar ki, hicabsızlıq böyük günahdır. Axirətdə böyük əzaba düçar olacaqdır. O kəs ki, bu zərurəti etiqadi cəhətdən qəbul edir, ancaq ona əməl etmir – günahkardır. Peyğəmbərin (s) buyurduğu əzab onu gözləyir. Baxmayaraq ki, müsəlmandır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..