Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Mart 09:33
1 Şərh
5938

Novruz günü həmin o gündür ki, Peyğəmbər (s) Qədir-Xumda həzrət Əlini (ə) müsəlmanların rəhbəri kimi tanıtdı

İmam Sadiq (ə) buyurur: “Novruz günü – həmin o gündür ki, Peyğəmbər (s) Qədir-Xumda Əmirəl-möminin (ə) üçün beyət aldı və hamı onun vilayətini etiraf etdi. Xoş olsun o kəsə ki, (onun vilayətinə) sabit qalar, vay o kəsə ki, (əhdi) pozar”.

Bəli, Novruz – vilayət bayramıdır. Novruz – o gündür ki, Peyğəmbər (s) Qədir-Xum səhrasında İmam Əlinin (ə) əlini tutdu və yuxarı qaldırdı. Onu müsəlmanların rəhbəri kimi tanıtdı.

Əllamə Məclisinin hesablamasına görə Qədir-Xum bayramı şəmsi ilinin son günlərinə təsadüf edir və əgər qəməri ilindəki günlərin fərqlənməsini nəzərə alsaq, bu hadisənin Novruz bayramına düşmək ehtimalı mövcuddur.

İmam Sadiq (ə) buyurur: “Hər kəs gözəl üslubun banisi olar, ona əməl edənin mükafatı kimi mükafatı olar. Həmçinin Qiyamətə qədər ona əməl edənlərin mükafatından bəhrələnər, onu yerinə yetirənlərin mükafatından bir şey azalmayaraq”.

Ona görə də əgər insan bir sünnəti dirçəldə bilərsə və ya cəmiyyətdə gözəl bir üslub yaya bilərsə, ona əməl edənlərin savabına şərik olar. Baxmayaraq ki, bu sünnətə əməl edənlərin savabından heç nə azalmaz, ancaq o da Qiyamətə qədər ona əməl edənlərin savabına çatar.

Ona görə də baharın ilk gününü vilayət günü adlandıraq və bu gələcək nəsil üçün də gözəl bir sünnət olsun. Bu bayram sayəsində Əmirəl-möminin (ə) ilə beyətimizi təzələyək və yeni ilə onun dəstəyi ilə başlayaq.

Beləliklə deyə bilərik ki, Novruz – mübarək bayramdır. Sadəcə ona görə yox ki, təbiət dirçələr və ağaclar çiçəklənər. Həm də Həzrət Peyğəmbərin (s) qönçə üzünün bahar simalı Əmirəl-möminin (ə) üzünə gülməsinə görədir.

Gəlin builki Novruz bayramını mələklərlə bir yerdə qeyd edək və dilimizi, üzümüzü Əmirəl-möminin (ə) ətri ilə ətirləndirək. Bu cümləni zümzümə edək: “Həmd olsun Allaha ki, bizi Əmirəl-möminin (ə) və Məsum İmamların (ə) vilayətinə asılmışlardan qərar vermişdir”.

Novruz bayramınız mübarək olsun.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..