Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Fevral 12:43
Şərh Yoxdur
2281

Necə olur ki, insan günaha öyrəşir?

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

 

Günah özü qabar olduğu üçün qəlbin üzərini örtər və qəlbi bulaşdırar. Bu zaman insan günaha qarşı yavaş-yavaş laqeyd olar. O zaman ki, insan günaha qarşı laqeyd olar, günah mövzusunda səhlənkarlıq edər. O, artıq günahına görə tövbə etməyə də meylli deyildir. Çünki günahın özünü günah hesab etmir. Get-gedə həqiqətləri də inkar edir və axırı şirkə və küfrə gedib çıxır.

 

Misal üçün, əgər kimsə çirkli əli ilə təmiz aynanı çirkləndirərsə, ona lazımdır ki, bu ləkələri tez bir zamanda təmizləsin. Əgər zaman keçərsə, bu ləkələr aynanın simasını qaraltmağa başlayarlar. Günah da o cürdür. O zaman ki, bir müddət insan nəfsində qalar, ruhu çirkləndirər.

 

İmam Sadiq (ə) buyurur ki, İmam Baqir (ə) dəfələrlə buyurardı: “Qəlb üçün heç bir şey günahdan pis deyildir. Bu günah o zaman ki, qəlbə daxil olar, əgər tez bir zamanda aradan getməzsə, bu qəlbi dəyişdirəcəkdir, yəni alt-üst edəcəkdir”.

 

O zaman ki, qəlb alt-üst olar, əgər bütün aləmdəkilər bu insana nəsihət versələr də, artıq ona təsir etməyəcəkdir. Çünki bu qəlbin qulağı və gözü yerini dəyişdirmişdir və nəsihət eşitmir. Günah onu alt-üst etmişdir. Yəni, qəlbin yuxarısını aşağı və qəlbin aşağısını yuxarı qaldırmışdır. Bir kasaya bənzəyir ki, əgər kimsə onu çevirsə, yağış yağan zaman heç bir damcı içərisinə düşməyəcəkdir. Qəlb də bu cürdür.

 

Ona görə imkan verməyin ki, qəlbiniz bu hala düşsün və ruhunuz günaha vərdiş etsin. Günahla üzləşən zaman ilk etməli olduğunuz şey – tövbədir.//Deyerler.org

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..