Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Fevral 11:04
Şərh Yoxdur
3339

Necə edək ki, yalanı tamamilə tərk edək?

Yalan elə kəbirə günahlardandır ki, başqa günahlar ondan mənbə alırlar. Misal üçün, Həzrət Peyğəmbərdən (s) belə nəql edirlər: “Məsxərənin kökü – yalançılara etimad etməkdədir”.

 

Əlbəttə, ancaq məsxərə deyildir, buraya başqa kəbirə günahlar da daxildir. O cümlədən: təkəbbür, başqalarının təhqir edilməsi, qeybət, töhmət, böhtan…

 

Bəs necə edək ki, bu xəstəlik bizi tərk etsin?

 

1. Ümumi qayda. Başqa günahlarda olduğu kimi, həmin günahın nə qədər çirkin olmasını və nəfsimizin nə qədər alçaq olmasını dərk etməliyik.

Həzrət Peyğəmbər (s) buyurur: “Yalançı, nəfsinin alçaqlığına görə yalan danışır”. Bu həqiqəti dərk edən insan, öz varlığının nə qədər şərəfli bir varlıq olması barəsində düşünməli və xilqətinin hədəfini tanımağa çalışmalıdır. Bilməlidir ki, Allah insanı behişt üçün xəlq etmişdir, cəhənnəm üçün deyil.

2. Təmrin etmək. Hər bir işin əvvəli insana həmişə çətin gəlir. Lakin bu yolda əzmli olmaq lazımdır. Özümüzü bu hədəfə doğru hərəkət etdirməliyik və möhkəm addımlar atmalıyıq. Özümüzü doğru sözlər deməyə məcbur etməliyik. Nə zaman bir söz demək istəsək, bir qədər səbir etməli və düşünməliyik ki, ağzımızdan yalan söz çıxmasın. Çünki, nəfsimiz artıq yalana adət etmişdir və onu bu adətindən çəkindirmək çətin işdir. Buna görə də danışan zaman tələsməyin, bir neçə saniyə səbr edib, düşünün və sonra danışın. İmam Əli (ə) buyurur: “Nə zaman bir şeydən qorxsanız, özünüzü ona atın. Çünki çəkinməyinizin şiddəti, qorxduğunuz şeydən daha böyükdür”. Yəni, bu yolda qorxu sizə vəsvəsə edə bilər. Ancaq qorxmayın. Çünki, Allahın bəyəndiyi işi görməyə çalışırsınız. Allah da sizə yardımçı olacaqdır. (Tebyan/Deyerler)

 

3. Sükut etməyi öyrənmək. Dilin bir çox bəlalarını sükut yolu ilə müalicə etmək olur. Söz hər nə qədər az olarsa, yükü də bir o qədər az olar. İmam Sadiq (ə) buyurur: “O zamana qədər ki, mömin bəndə sükut edər, yaxşı əməl sahibi kimi yazılar. Ağzını danışmaq üçün açan zaman – (uyğun olaraq,) yaxşı əməl sahibi və ya pis əməl sahibi kimi yazılar”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..