Bəzi surələr vardır ki, onları hər gün oxumaq tövsiyə olunur. Bu surələrə “Nas” və Fələq” surələri də aiddir. “Nas” surəsi o təhlükələrdən söz açır ki, insan gün ərzində onunla qarşılaşar. Bu təhlükə ya insanın özü və ya başqaları tərəfindən olar. Ya padşah və hakimlər və bəzən də keçmişdə pərətiş etdiyi saxta “tanrılar” tərəfindən olar.
Üçüncü təhlükə o insanlar tərəfindən olar ki, əqidəsini gizlincə dəyişdirmək istəyər və imanında şəkkə salarlar.
Ona görə də deyə bilərik ki, bu təhlükələrin bəzisi insanlar tərəfindən və bəzisi də gözə görünməz qüvvələr tərəfindən olar, cin və əcinnə kimi.
Qurani-Kərim bizə təlim verir ki, bu təhlükələrdən amanda qalmaq üçün Allaha pənah apar və bu surəni oxu.
İmanda yaranan şəklər insanın sinəsində vəsvəsəyə yol açar və əzm və iradəsi üçün təhlükə yaradar. Bizim vəzifəmiz budur ki, hər bir xeyir əməli şəkkə düşmədən yerinə yetirək. Əgər şəkk etsək, bu şəkk şeytandan olar, çünki onun işi budur. Bu gün bir çoxlarımız şəkk və şübhə içindəyik və ona görə də etimadımız zəifləyibdir. Belə ki, bu şəkk və şübhələrdən Allaha pənah aparmırıq.
Bizim vəzifəmiz budur ki, hər səhər, səfərə çıxan zaman, hər bir çətin işi görməzdən əvvəl “Nas” və “Fələq” surələrini oxuyaq. Bu surələr bizim yadımıza salar ki, çətinliklər və müşküllər nə qədər ağır olsa da, o zamana qədər ki, Allaha imanımız var və Onun iradəsi altında yaşayırıq – hər bir iş Ona aiddir və heç kəs səmanın və yerin Xaliqi olan Allaha tay ola bilməz, Onun qüdrəti qarşısında dayana bilməz.
Bu iki surəni oxuyan zaman hiss edirik ki, yolumuz aydınlanar. Gələcəyə ümid bəsləyərik. Təhlükələri kənara qoyarıq. Ona görə də hər bir çətinlikdə dadımıza çatan şey – Allaha təvəssül edib, Ona iman bəsləməkdir.
Bu surədə xənnasın vəsvəsəsindən söhbət açılır ki, həm aşkar və həm də gizli şərdən daha təhlükəlidir. İnsanların daxilində olan nifaq və cəmiyyətdə olan münafiqlər xənnas vəsvəsəsinin növlərindəndir. Bu cür təhlükə qarşısında Allaha pənah aparıb, Ona təvəkkül etmək lazımdır. Allaha təvəkkül edib, Ondan yardım istəyək ki, ürəyimizi Öz lütfü ilə sakitləşdirsin və Ona yaxınlaşa bilək.