Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Avqust 13:37
Şərh Yoxdur
3359

Namazı son vaxta qədər saxlamaq günahdır

İmam Zaman ağa (ə.f) buyurur: “Məlundur və nifrin olunmuşdur o kəs ki, sübh namazını bilərəkdən ulduzlar görünməz olana qədər təxirə salar”.

Hədisin şərhi.

Bu cümlələr Muhəmməd ibn Yəquba verilmiş cavab məktubundandır. İmam (ə.f) bu məktubda namazı əvvəl vaxtda qılmağa çox təkid edir və sübh namazını son zamanına qədər təxirə salanlara nifrin olmaq barədə xəbərdarlıq edir.

Bu hədisdən belə nəticə çıxartmaq olur ki, namazın üç vaxtı vardır:

1. Fəzilətli vaxtı. Namazı əvvəl vaxtda qılmaqdır. Namaz üçün ən yaxşı zamandır.

a). Bu, o vaxtdır ki, Allah namazı o vaxtda qılmağı əmr etmişdir və Allahın bu əmrinə əhəmiyyət verib, onu tez yerinə yetirmək – bəyənilən əməllərdəndir.

b). Namaz əslində məhdud və ehtiyaclı olan biri varlığın məhdud olmayan Allahla rabitəsi və Ondan bəhrələnməsidir. Bu, əslində insanın xeyirinədir. Ona görə də nə qədər tez olarsa, bir o qədər yaxşıdır.

İmam Zaman ağanın (ə.f) namazını əvvəl vaxtda qılar və hər kim namazını Həzrət (ə.f) kimi vaxtında qılarsa, onun namazının bərəkətinə görə öz namazı da qəbul olar.

2. Namazın son vaxtı. Hədislər bu zamanı “Ğufranallah” adlandırırlar. Namazı son vaxtına qədər təxirə salmaq məzəmmət olunmuşdur. İmam Zaman ağa (ə.f) belə bir şəxsi məlun adlandırır və bu insan İlahi rəhmətdən uzaq olar. İmam Sadiq (ə) buyurur: “Namazı əvvəl vaxtda yerinə yetirmək Allahın razılığına səbəb olar, onu son vaxtında yerinə yetirmək – günahdır, ancaq Allah tərəfindən bağışlanılır”.

3. Vaxtından xaricdə. Namazı vaxtından xaricdə yerinə yetirməyi qəza adlandırırlar. Əgər insan namazını vaxtında qılmazsa, namazı qəza olar. Gərək bu qəzanı yerinə yetirsin. Əgər kimsə namazını bilərəkdən təxirə salarsa, günah etmiş olar, gərək tövbə etsin. Yox, əgər bilməyərəkdən olubdursa – qüsur işlətməmiş olar və Allah onu cəzalandırmaz, ancaq gərək qəzanı yerinə yetirsin.//Deyerler.org

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..