Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Noyabr 13:39
Şərh Yoxdur
3206

Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır

Ustad Möhsün Qiraəti buyurur: Xuşu[1]  – insanın ibadətdə itaətkar olması və Allah-təalanın dərgahında bəndəlik möv­qeyinə tam diqqətli olmasının nəticəsidir. Öz ehtiyaclılığını və acizliyini bilərək ilahi əzəməti və kamalı dərk edən insan ibadətdə özünü bənzərsiz və hər şeyi bilən Allah-təalanın qarşısında tapır. Yəni insan belə bir hala uyğun rahatlıq tapır, belə bir halda itaət­kar olur, baxışları yerə dikilir və diqqəti hər bir başqa şeydən kəsilərək məbuda yönəlir.

 

Quranda möminlərin və onların ibadətlə­rinin təsviri zamanı buyurulur:

الَّذِينَ هُمْ فِی صَلاَ تِهِمْ خَشِعُونَ

–O kəslər ki, namazlarında həm ürəkləri və həm də bədənləri ilə itaətkardırlar. [2]

 

Bu hal həmin diqqətin məhsuludur. Bir hədisdə deyilir:

اُعبُدِ اللّهَ کَاءَنَّکَ تَراهُ

–Allaha elə ibadət et ki, sanki Onu görürsən. [3]

فَصَلِّها لِوَقتِها صَلاةَ مُوَدَّعٍ

–Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır.[4]

Yəni daim bu halda ol ki, sanki yalnız bu namaz üçün fürsət qalıb.

 

www.ahliman.info

[1] Xuşu – insanın hər hansı bir əzəmət və ya həqiqət qarşısında təvazökarlığı, özünü kiçik tutmasıdır. Qurani-kərimdə namaza başlamaq yox, itaətkarcasına namaz qılmaq möminlik əlaməti hesab olunur.

[2] Möminun surəsi, 2-ci ayə.

[3] Misbahüş-şəriə, səh. 8.

[4] Biharul-ənvar, 84-cü cild, səh. 233.

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..