Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Fevral 09:30
Şərh Yoxdur
7433

Namazı keyfiyyətli qılmaq istəyənlər üçün Ayətullah Behcətdən tövsiyələr

Ayətullah Behcətin namazda qəlb hüzuru ilə bağlı nəzərləri vardır ki, onlara işarə edək: “Qəlb hüzuru mövzusunda bir giriş var və bir də dayanmaq. Giriş nədir? Görürsünüz ki, bir vaxt fikirlər özü gəlir və fikirlərin gəlməsi bizim əlimizdə deyildir. Mövləvi bu fikirləri arıya bənzətmişdir. Arı özü gələr, sən onu dəvət etmirsən. Siz sabah evinizə qonaq çağırmısınız, 10 nəfər və ya 15 nəfər. Namaz qılan zaman bu qonaqlıq fikri arı kimi zehninizə gələr. Ancaq dayanmaq özündən asılıdır. İstəsən dayanmaya bilərsən. O, sənə deyər: “Sabah qonağın var”. Sən də cavab verərsən ki, düz deyirsən, görəsən, nə hazır edək. Bu fikirlərə cavab vermək sənin əlindədir. O şey ki, səndən ixtiyarsız gələr, ziyanlı deyildir. Ancaq dayanmaq bizim əlimizdədir. Bu zaman fikrini dəyişdir və davam etmə.
– Dəstəmazı qəlb hüzuru ilə və diqqətlə alın. Hədislərimiz deyir ki, dəstəmaz ürəyin təharətinə səbəb olar.
– Namazın əzəmətini düşünün və bu haqda gələn hədislərə nəzər salın.
– Elə namaz qılın ki, sanki bu sonuncu namazınızdır və bir daha fürsətiniz olmayacaqdır.
– Üzü qibləyə dayanan zaman çalışın ki, dünyanı və ondan olanları, məşğuliyyətlərinizi unudasınız.
– Namazın sözlərinə diqqət edin və onu sakit və yavaş qılın.
– Bunu bilin ki, namaza başlayandan bitirənə qədər Allah Təala sizə diqqət edər. Başınızın üstündə mələk dayanar və deyər: “Ey namazqılan! Əgər bilsən Kim sənə nəzər salır və Kiminlə munacat edirsən, heç bir zaman Ondan üz döndərməzdin və heç bir zaman yerindən ayağa qalxmazdın”.
– Bilin ki, namaz zamanı Allahın rəhməti sizə kölgə salar və İlahi mələklər sizin ətrafınızı dovrəyə alarlar.
– Namazda məkruh olanları yerinə yetirməyin. Namazın fəzilətini artıran əməlləri yerinə yetirin. Əlinizə əqiq üzük taxmaq, pak paltar geyinmək, özünə ətir vurmaq kimi”. 

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..