Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 İyun 05:30
Şərh Yoxdur
6362

Namazda qəlb hüzuru əldə etməyin yolları

İmam Rzaya (ə) sual verirlər ki, namazın ədəbi nədir. İmam (ə) buyurur:

1. Qəlb hüzuru.

2. Bədən üzvlərini azad buraxmaq. (yəni onlarla oynamamaq).

3. Özünü Allah dərgahında xar hesab etmək.

4. Behişti sağ tərəfində, cəhənnəmi sol tərəfində və Siratül-müstəqim yolunu qarşında müşahidə etmək.

5. Allahı qarşında görmək”.

Əgər in,sanın qəlbində dünya sevgisi vardırsa qəlb hüzuruna çatmaz. Dünyanın eyibləri və aqibətləri barəsində təfəkkür etmək, cihad etmək sayəsində qəlb sakit və əminli olar. Qəlb hüzuru meydana gələr.

Qəlb hüzuru əldə etmək o qədər əhəmiyyətli bir mövzudur ki, Həzrət Peyğəmbər (s) təfəkkürlə qılınan iki rükət namazı gecəni səhərə qədər oyaq qalmaqdan daha üstün hesab etmişdir. Belə ki, Həzrət (s) buyurur: “Təfəkkürlə, qəlb hüzuru və diqqətlə qılınan iki rükət namaz, bir gecədə qəlb hüzuru olmadan qılınan namazdan daha üstündür”.

Bəs qəlb hüzurunun meydana gəlməməsinə nə səbəb olur?

Ən çox mane olan amil iki cürdür:

1. Xəyallarımızın uçan və qaçan olması. Xəyal elə bir qüvvədir ki, bir budaqdan başqa budağa qonmağı sevir. Əgər xəyallarımızı dayandıra bilsək və sükutu əldə edə bilsək, o zaman onu islah edə bilərik.

2. Dünya sevgisi. Hər bir müsibətin səbəbi və salikin yolunun üstündə olan tikanlardandır. O zamana qədər ki, ürək dünyaya bağlıdır, qəlbi islah etmək yolu bağlı olar. Səadət qapıları insan üçün bağlı olar.

 

Qəlb hüzuru əldə etməkdə təsirli olan amillər.

1. Hər bir əməldə qəlb hüzuru o zaman meydana gələr ki, insan həmin əməli əhəmiyyətli hesab edər. Əgər biz Allahla olan münacatımıza heç olmasa mükalimə qədər əhəmiyyət versək, heç bir zaman bu qədər qəflətə düşmərik.

2. İnsan dünyaya olan bağlılığını azaltmağa çalışmalıdır və bu yolda nəfsi ilə cihad etməlidir.

3. Əgər insan namazda bir müddət dediyi zikr və dualara diqqət etsə, qəlb hüzuruna çata bilər. Yəni tədricən diqqətini cəmləməyi öyrənər.

4. Namaz qılan Allah qarşısında dayandığına və Onunla söhbət etdiyinə diqqət etməlidir. Yerinə yetirdiyi hər bir rükunun, səcdənin və namazın başqa vacibatlarının mənalarına diqqət etməlidir.

Allaha tərəf irəliləyən hər bir salik, qəlb hüzurunu əldə etmək üçün səy göstərməli və yolunun üstündə olan tikanları aradan qaldırmalıdır ki, Məhbubuna heç bir maneə olmadan çata bilsin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..