Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Sentyabr 12:18
Şərh Yoxdur
3204

Naməhrəmə əl verənin aqibəti

Əziz Peyğəmbərimiz (ə) buyurur ki, naməhrəmlə haram rabitə qurmaq həyanın aradan getməsinə səbəb olar. O zaman ki, cavanlar bir-birinə baxır və görürlər ki, rahat şəkildə haram rabitə qura bilirlər – bu zaman onlar həyanın aradan getməsinə rəvac verirlər.

 

O zaman ki, cavanların təqvası az olar, dini bilgiləri olmaz və şeytanın vəsvəsələrinə məruz qalaraq – bu cür işlər görərlər. O zaman ki, cəmiyyətdə bu hal yayılar, mömin və təqvalı insanların işi çətinliyə düşər.

 

Əslində cəmiyyət elə xəstəliyə tutulmuş olar ki, müalicəsi heç də asan deyildir. Necə ki, Qərb ölkələri bu xəstəliyə tutulmuş və ağıllı insanlar ondan xilas olmaq üçün yollar axtarırlar.

 

Həzrət Peyğəmbər (s) qadınla kişinin haram rabitələri barəsində buyurur: “Naməhrəm qadın və kişi arasında məsafə yaradın. Çünki o zaman ki, onlar üzbəüz qərar tutarlar, cəmiyyət elə bəlaya düçar olacaqdır ki, müalicə ola bilməyəcəkdir”.

 

“Qadınlarla xəlvət etməkdən çəkinin. Canım əlində olan Allaha and olsun ki, kişi qadınla xəlvət etməz, məgər o halda ki, şeytan (o ikisini günaha salmaq üçün) daxil olar”.

 

“Hər kim naməhrəm qadınla zarafat edərsə, ona dediyi hər kəlməyə görə, onu cəhənnəm atəşində min il həbs edərlər”.

 

“Hər kim naməhrəm qadına əl verər, Qiyamət günü boynuna zəncirlənmiş əli ilə məhşur olar. Sonra əmr olunar ki, onu atəşə aparsınlar”. (Beytutə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..