Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Sentyabr 09:00
8 Şərh
5262

“Nə qədər ki, müsəlmanların Hüseyni (ə) var, heç kəs onlara nüfuz etmək qüdrətinə malik ola bilməz…”

Aşura hadisəsinin əzəməti o qədər böyükdür ki, bir çox dünya mütəfəkkirləri onun haqqında öz fikirlərini bildirmişdilər.

Əllamə Əlayi (misirli yazıçı).

“Hər bir millətin tarixi – onun dahilərinin tarixidir. O millətin ki, dahisi və böyük insanı yoxdur, dəyərli tarixə malik deyildir deməkdir. Biz Hüseyni (ə) tarixin dahi insanı kimi tanıyırıq. O, nəinki öz millətinin tarixinin böyük insandır, bütün dünya tarixinin dahisidir. Hər bir kəsi öz əzəməti ilə kiçiltdi və öz şəxsiyyətini onların hamısından üstün etdi. Bu, qəribə deyildir. Çünki tarixdə tanınmış böyük insanların əksər hissəsi elmləri və torpaqda fəaliyyətləri ilə tanınmışdılar. Ancaq Hüseyn (ə) öz canını fəda etdi…”.

 

Doktor Taha Hüseyn (misirli alim).

“İbni Ziyad elə bilirdi ki, Hüseyni (ə) öldürərək fitnənin kökünü bərkidəcək və Əhli-beyt (ə) davamçılarını ümidsiz edəcəkdir. Bu yolla onlar öz hədəflərindən əl çəkəcəklər. Boyun əymək istəmədikləri şeyə boyun əyəcəklər. İbni Ziyad fitnəni daha da alovlandırdı və onun bu pis işi başqa pis işlərə yol açdı. Qanlar töküldü, qadınlara və uşaqlara işgəncələr verildi. Ancaq İbni Ziyad gözlədiyi nəticəni ala bilmədi”.

 

Marvin (alman alimi).

“İmam Hüseyn ibn Əli (ə) Peyğəmbərin (s) əziz qızı Fatimədən (ə) dünyaya gəlmişdi. Tək insandır ki, o zəmanənin zülmünə qarşı çıxmışdır. O, elə bir siyasətçi bir insan idi ki, indiyə qədər heç kəs bu cür təsirli siyasət göstərə bilməmişdir. Hüseyn (ə) öz şüarında deyirdi: “Mən haqq və həqiqət yolunda öldürüləcəyəm. Haqsıza əl verməyəcəyəm””.

 

Venistan (amerikalı alim).

“Müsəlmanın üç qalarlı şeyi vardır: tilavət olunan Quranı, Kəbəsi ki, həmrəylik və vəhdət yaradar, Hüseyn (ə) ki, yada salınar və ondan ilham alınar. Nə qədər ki, bunlar var – heç kəs onlara nüfuz etmək qüdrətinə malik ola bilməz”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..