Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Dekabr 11:03
Şərh Yoxdur
2955

Nəfslə mübarizə aparmaq üçün əməli proqram

İnsan gərək nəfsi istəkləri ilə ağıl və şüur çərçivəsində mübarizə aparsın. Rəhmətlik İmam (r) buyurur: “Bilmək lazımdır ki, həvayi-nəfs müxtəlifdir və dərəcələri vardır. Həvayi-nəfs insanı Allahdan uzaqlaşdırar. O kəslər ki, həvayi-nəfslərinə tabe olarlar – batil və fasiq əxlaqa qulluq edərlər. Kəbirə və səğirə günahlarla haqq yolundan qalarlar.

Nəfsləri ilə mübarizə edən mücahidlər isə həmişə Allahın məhbubu olmuşdular”.

 

Əxlaq alimlərinin nəzərinə görə, insan əgər həvayi-nəfsi ilə mübarizə aparmaq istəyirsə, ilk növbədə gərək düşünsün ki, özü kimdir, haradan və nə üçün gəlmişdir. Sonra hara gedəcəkdir. Orada hansı şeylərə ehtiyacı olacaqdır.

 

Bununla yanaşı insan gərək:

1. Hər gün özünə şərt qoysun ki, pis iş görməyəcəkdir və dinin, ağlın zidd bildiyi əməllərdən uzaq olacaqdır.

2. Gün ərzində özünə nəzarət edəcəkdir. Sanki hansısa vacib bir iş üçün onu gözətçi qoyublar. O, məsuliyyət ilə özünə nəzarət etməlidir.

3. Artıq işlərini bitirəndə və gecə yatağına uzanmazdan əvvəl, əməllərini hesaba çəkməlidir. Əgər yaxşı əməllər görübdürsə, ona görə Allaha şükür etməlidir. Əgər günah edibdirsə tövbə etməlidir.

 

Əxlaq alimləri ilk mərhələni məşaritə adlandırırlar, yəni, şərt qoymaq mərhələsi.

İkinci mərhələ müraqibə mərhələsidir, yəni nəzarət.

Üçüncü mərhələ isə mühasibə adlanır, yəni hesaba çəkmək.

 

İmam Musa Kazim (ə) buyurur: “Bizdən deyildir o kəs ki, hər gün özünü hesaba çəkməz. Əgər yaxşı iş görübdürsə, Allahdan istəsin ki, daha çox yaxşı iş görmək tövfiqini ona əta etsin. Allaha bu tövfiqə görə şükür etsin. Əgər pis iş görübdürsə, istiğfar edib, tövbə etsin”.

 

Bəli, İlahi övliyalar və Peyğəmbərimiz (s) əmmarə nəfslə mübarizəni böyük cihad adlandırmışdılar. İnsanın döyüş meydanında vuruşması nə qədər çətin olsa da, nəfsi ilə mübarizə aparmaqdan daha çətin ola bilməz. Bu səbəbdəndir ki, döyüş meydanında edilən cihadı səğirə (kiçik) cihad adlandırmışdılar. İnsanın ən böyük qələbəsi o zaman olar ki, şeytana (lən), yəni əmmarə nəfsinə qalib gələr. Onu öz quluna çevirər və əmmarə nəfsi insananitaət edər. (Həvzəh/Deyerler)

 

Bu yol hər nə qədər çətin görünsə də, ancaq mümkünlüdür. Çünki bu yolda müvəffəq olan çox sayda insanı tanıyırıq ki, həyat çətinliklərinə baxmayaraq, həmişə nəfslərinə qalib gəlmiş və onun ipini heç bir zaman boş buraxmamışdılar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..