Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 İyun 13:27
Şərh Yoxdur
3779

Müvəffəq olmaq istəyən cavan müsəlmanın 4 xüsusiyyəti

Hər bir ölkənin inkişafı həmin ölkənin cavanlarının qüvvəsindən asılıdır. Ona görə də inkişaf etmiş ölkələr öz sərmayələrinin bir hissəsini cavanlara aid edərlər. Bu baxımdan, İslam dini cavanlara xüsusi diqqət ayırır. (Tebyan/Deyerler)

Bir cavan müsəlmana o zaman müvəffəq olar ki, bu dörd xüsusiyyətə malik olar:

1. Təqva və iman. Cavan müsəlmanın xüsusiyyətlərindən biri təqvadır. “Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar”. (“Təlaq” 2). İnsana hər bir zamanda və məkanda yardım edə biləcək tək varlıq – Allahdır. Allaha təvəkkül edən insan irəli gedər və imanlı insan olar. Allah Təalanın ona xüsusi nəzəri olar. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbazər! O cavan ki, Allaha xatir dünyadan və onun məşğuliyyətlərindən üz çevirər, və cavanlığını Allaha itaət yolunda qocaldar, Allah ona 72 siddiqin mükafatını əta edər”. (Siddiq o kəsdir ki, düz danışar və dedikləri əməllərini təsdiq edər).

2. Agahlıq və dərk etmək. Cavan müsəlmanın ikinci xüsusiyyəti onun agahlığı və dərk etmək qabiliyyətidir. Heç bir zaman özünü təlimdən ehtyacsız hesab etməz və vaxtının çoxunu mütaliəyə sərf edər. İslam və dünya haqqında lazım olan biliklərə yiyələnər. Mütaliə edərək, özünü hər bir sahədə inkişaf etdirər. Onun agahlığı birtərəfli olmaz, bəlkə hər bir sahədə nəzər sahibi olar. Daima həqiqət ardıncadır və həqiqətə çatmaq üçün heç bir səyini əsirgəmir. İmam Sadiq (ə) buyurur: “Əgər Əhli-beyt (ə) davamçılarından olan cavanı yanıma gətirsələr ki, dinini tanımır – onu tənbeh edərəm”.

3. Ümidvar, şad olmaq. Cavan müsəlmanın üçüncü xüusiyyəti ümidvar və şad olmağıdır. Həyat çətinlikləri və məğlubiyyətlər heç bir zaman cavanı ümidsiz etməməlidir, bunlar – qələbə çalmaq üçün müqəddimələrdir. Bu məsələnin kökündə də Allaha təvəkkül və iman durur. Cavan müsəlman həm sadə geyinər və həm də səliqəlidir. Həmişə xoş ətir verər və başqaları ilə görüşən zaman üzünü turşutmaz. Heç bir zaman etidal həddən çıxmaz və şadlığı da ifrat həddə olmaz. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala gözəldir. Gözəlliyi sevir və nemətinin təsirini bəndəsində görmək istəyir. O, yoxsulluğu və yoxsul görünməyi düşmən bilir”.

4. Çalışqan olmaq və xəlqin xidmətində olmaq. Cavan müsəlmanın dördüncü xüsusiyyəti – çalışqan olmasıdır. Ona hansı vəzifəni verirsənsə-ver, onu yerinə yetirmək üçün bütün qüvvəsini qoyar. Cavan müsəlman yaxşı bilir ki, ibadət xəlqə xidmətlə bir yerdə olmalıdır. Özünü millətin xadimi bilməlidir. İnsanlarla rəftarında diqqətli olmalı və İslami ədəbə riayət etməlidir. Kobudluğu, acı rəftarı özündən uzaq etməlidir. İnsanlara xidmət etdikdən sonra onların gülümsəməsi – onun üçün ən yaxşı mükafatdır. Çünki inanır ki, bu gülümsəmənin arxasında Allahın razılığı gizlənmişdir.

 

www.ahliman.info

 

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..