Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Sentyabr 09:31
Şərh Yoxdur
3883

Müstəhəb namazlar, insanın Allahla xüsusi münasibətlərinə səbəb olar

Müstəhəb namazlar insanı Allaha yaxınlaşdıran və Allahın sevimlisi edən əməllərdəndir. Bu cür müstəhəb əməllərdən biri də nafilə namazlarıdır. Nafilə namazları müstəhəb namazdır ki, vacib namazlarla əlaqəli qılınar. Bir növ onu tamamlayar və kamilləşdirər.

 

Nafilə namazına gecə namazları da daxildir ki, onun fəziləti və əcrləri barəsində çox eşitmişik. Həm Quran ayələri və həm də hədislərimiz bizə gecə namazını çox tövsiyə etmişdir. Ümumi olaraq, nafilə namazları haqqında Məsumlarımızın (ə) nəzərlərinə diqqət edək:

 

İmam Kazım (ə) buyurur: “Nafilə namazları – möminin Allaha yaxınlaşmaq vasitəsidir”.

 

İmam Baqir (ə) bu ayənin “O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər”. (Məaric” 23) təfsirində buyurmuşdur: “Məqsəd – nafilə namazlarıdır”. (Tebyan/Deyerler)

 

Allah Təala, Həzrət İsaya (ə) buyurur: “Nafilə ilə Mənə yaxınlaş və Mənə təvəkkül et ki, sənə kifayət edim”.

 

Allahın Peyğəmbəri (s) (səmaya aparılan zaman) buyurur: “Allahım! Möminin halı Sənin yanında necədir?”. Allah buyurur: “Ey Muhəmməd! Heç bir bəndəm Mənim üçün sevimli olan və ona vacib etdiyim heç bir əməllə `mənə yaxın olmaz, həqiqətən o nafilə namazı ilə Mənə yaxınlaşar, o yerə qədər ki, onu sevərəm. O zaman ki, onu sevərəm, onun eşidən qulağı olaram. Görən gözü olaram, danışdığı dili olaram, zərbə vurduğu əli olaram. Əgər Məni çağırarsa, cavab verərəm. Əgər Məndən xahiş edərsə, xahişini yerinə yetirərəm”.

 

Ona görə də nafilə namazlarına diqqət edək və onun vasitəsilə Allaha yaxınlaşmağa çalışaq.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..