Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Oktyabr 10:02
Şərh Yoxdur
4580

Müsibətləri yüngülləşdirən amillər

Həzrət Məhəmməd (s) buyurub: “Kim qəlbindən dünya məhəbbətini çıxarsa müsibətlər ona asan gələr.[1]

Başqa bir hədisdə Rəsulallah (s) buyurub: “Kimə böyük bir müsibət üz verəndə mənim müsibətimi yad etsə, müsibəti ona yüngül gələr.”[2]

İmam Əli(ə) buyurub: “Ölümü, qəbirdən qalxıb Allah qarşısında dayanacağınız günü çox yad edin ki, müsibətlər sizə asan olsun.”[3]

İmam Sadiq (ə)  müsibət üz verən zaman tövsiyə etdiyi dua: “Şükr olsun Allaha ki, o məni dinimdə müsibətə salmadı. Şükr olsun o Allaha ki, əgər istəsəydi müsibətim bundan da böyük olardı. Şükr olsun o Allaha ki, bir işin baş verməsini istədi və o da baş verdi.”[4]

İmam Sadiq (ə) buyurub: “Bir nəfər öləndə Allah-taala onun ailə üzvlərindən ən çox naharat olanının yanına bir mələk göndərər. Bu mələk onun qəlbinə sığal çəkər və qəm yanğısını, dağını ondan götürər. Əgər belə olmasaydı, dünya abad olmazdı.”[5]

 

www.ahliman.info
_
_______________

[1] Kənzul-Fəvaid, c.2, səh. 163

[2] Biharul-Ənvar, c.82, səh. 84 , hədis26

[3] əl-Xisal, səh. 616 , hədis10

[4] Biharul-Ənvar, c.78, səh. 268 , hədis183

[5] əl-Kafi, c.3, səh. 227 , hədis1

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..