Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Fevral 15:29
Şərh Yoxdur
5021

Müdrik çoban Həzrət İsaya (ə) hansı 6 həqiqət barədə danışdı?

Həzrət İsa (ə) səfər edən zaman bir çobana rast gəlir. Onunla söhbət edir. Deyir: “Ey çoban, ömrünü çobanlığa sərf etmisən. Əgər elm və bilik əldə etməyə sərf etsəydin daha yaxşı olardı”. Çoban deyir: “Ey, Allahın peyğəmbəri! Mən bütün elmlərin 6 həqiqətini öyrənmişəm və ona əməl edirəm. Başqa elm öyrənməyə ehtiyacım yoxdur.

Birincisi budur ki, o zamana qədər ki, Allahın halalı süfrədədir, haram yemərəm. Allahın halalının heç bir zaman nöqsanı olmaz ki, mənim harama ehtiyacım olsun.
İkincisi budur ki, o zamana qədər ki, düzlük və doğruluq vardır, yalan danışmaram. Düz danışmaq heç bir zaman azalmaz ki, onun çatışmamazlığını aradan qaldırmaq üçün yalana ehtiyac duyum.
Üçüncüsü budur ki, öz eybimi gördüyüm üçün başqalarının eybinə diqqət etmirəm. Hələ ki, öz eybimdən xilas və pak olmamışam ki, başqalarının eyblərini axtarım.
Dördüncüsü budur ki, Allahın xəzinələrini boş görməyənə qədər insanların mal və sərvətinə tamah etmərəm. Allahın xəzinələri və ruzisi boşalmamışdır və boşalmayacaqdır da.
Beşincisi budur ki, o zamana qədər ki, iblis həlak olmayıb, onun vəsvəsəsindən qafil olmayacağam. Qiyamətə qədər də ölməyəcəkdir ki, mən onun vəsvəsələrindən amanda olum.
Altıncısı budur ki, ayağımı behiştə qoymayınca əzabdan amanda olmayacağam. Hələ ki, behiştdə deyiləm ki, özümü əzabdan nicatda görüm”.
Həzrət İsa (ə) onun dediklərini təsdiq etdi və ona dedi ki, bütün elmlər səndə cəm olmuşdur: “Əvvəlinci və axırıncı elm elə sənin dediklərindir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..