Mübarək Ramazan ayının hər gecəsi (gecə yarısı,) iki rəkətli müstəhəb namazı var ki, bu qaydada qılınır. Hər rəkətində bir Həmd və üç Tovhid surəsi oxunur. Namazın salamından sonra bu zikr deyilir:
سُبْحانَ مَنْ هُوَ حَفيظٌ لايَغْفُلُ سُبحانَ مَنْ هُوَ رَحيمٌ لايَعْجَلُ سُبْحانَ مَنْ هُوَ قائِمٌ لايَسْهُو سُبْحانَ مَنْ هُوَ دائِمٌ
لايَلْهُو
Subhanə mən huvə Həfizun lə yəğful, Subhanə mən huvə Rəhimun lə yəcəl, Subhanə mən huvə Qaimun lə yəshu, Subhanə mən huvə Daimun lə yəlhu.
(Münəzzəhdir O Allah ki qoruyandır və heç vaxt qəflət etməz; Münəzzəhdir O Allah ki Mehribandır və heç vaxt tələsməz; Münəzzəhdir O Allah ki Qaimdir və heç kimi unutmaz; Münəzzəhdir O Allah ki əbədidir və heç vaxt başı qarışmaz)
Sonra təsbihatı ərbəəni yeddi dəfə oxunur:
سبحان الله و الحمدلله و لا اله الا الله و الله اکبر
(Subhanəllahi vəl-həmdulillahi və la ilahə illəllahu vəllahu əkbər)
Sonra bir dəfə bu zikr deyilir və namaz tamam olur:
«سُبْحانَكَ سُبْحانَكَ سُبْحانَكَ يا عَظيمُ اغْفِرْ لِىَ الذَّنْبَ الْعَظيمَ»
(Subhanəkə Subhanəkə Subhanək, ya əzimu iğfirliyəz-zənbəl-əzim)
İlahi (sən hər eyb və nöqsandan) paksan, paksan, paksan! Ey böyük Allah mənim böyük günahlarımı bağışla!